Həyətinə gələn uşağına görə qonşusunu öldürən Binəqədi sakini 14 il cəza alıb – FOTO
Tarix: 11-03-2015 | Saat: 23:24
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ona ağır söyüşlər söyməklə, şillə və təpik atıb.
Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Əliağa Qasımovun (1960-cı il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, cinayət işinin başlanmasına Əliağa Qasımovun 2014-cü il martın 10-da
Binəqədi qəsəbəsi, 3-cü mədən, 283 saylı evin həyətinə gələrək, özü ilə gətirdiyi bıçaqla orada yaşayan Xəqani Qurbanova (1975-ci il təv.) bir zərbə endirərək qəsdən öldürməsi faktı üzrə toplanmış material səbəb olub.
İstintaqda iş üzrə dindirilən Ə.Qasımov bildirib ki, hadisədən 2 ay əvvəl onun X.Qurbanovla ilk dəfə mübahisəsi olub. Belə ki, Xəqaninin həmyerlisi və qonşuları olan Muradın arvadı küçədə ayaqyolu üçün qazdığı quyuya çirkab su atdığı üçün onunla mübahisə edib. Mübahisə zamanı Xəqani ilə Murad onu təkləyiblər. Bir müddət sonra Əliağanın Muradla münasibətləri yaxşılaşsa da, Xəqani ilə münasibəti gərgin olaraq qalıb. Bir neçə gün sonra Əliağa Xəqaninin həyətindən 300-400 metr aralıda dəmir hissəsi tapıb, bundan xəbər tutan sonuncu bir daha onun həyətinin yanına gəlməməyi tapşırıb.
Martın 10-da günorta vaxtı Xəqaninin 7-8 yaşlı oğlu onların həyətinə gəlib, onun Xəqaninin oğlu olduğunu bildikdə həyətindən qovub. Axşam saat 19 radələrində evdə şam edərkən 200 qram araq içib. Sonra mətbəxdə istifadə etdikləri bıçağı götürərək Xəqaniyə uşağının onun həyətinə gəlməməsini tapşırmağa yollanıb. Evin qapısı açıq olduğuna görə, o həyətə keçib və evin qapısını döyüb.
Qapıya arvadı Nüşabə və oğlu Elvin çıxıb, Əliağa Xəqanini çağırmalarını xahiş edib. O Xəqaniyə oğluna onun həyətinə gəlməməsini tapşırmasını dedikdə, sonuncu cavabında ona ağır söyüşlər söyməklə, şillə və təpik atıb. Bu cür davranışı görən Əliağa gödəkçəsinin cibindən çıxardığı bıçağı çıxarıb Xəqaninin ürək nahiyəsinə vurub və sonra həyəti tərk edib. Evə gəlib yoldaşına Qurbanovu vurduğunu deyib. Hazırlaşıb evdən çıxana qədər Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları gəliblər, Qasımov bıçağı onlara təhvil verib və onlarla birlikdə bölməyə yollanıb.
Məhkəmə prosesində Əliağa Qasımov elan edilmiş ittihamla özünü təqsirli bilməyib, o bıçağı əvvəlcədən özünü müdafiə etmək üçün götürdüyünü qeyd edib.
Zərərçəkmiş şəxs qismində dindirilmiş mərhumun arvadı ifadəsində göstərib ki, həmin axşam qapının üstündə işıq yandığından o baş verənləri aydın görə bilib. Qasımov yoldaşının ürək nayihəsinə düz istiqamətdə bir zərbə endirib. Xəqaninin sinəsindən qan gəlib, o aynabəndə qalxıb 2-3 addım atıb və otağın qapısının önündə yerə yıxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliağa Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbəri paylaş
1 0048 dəfə oxunub.
Digər xəbərlər

28-02-2017, 10:53
Ağstafada UNİKAL ADDIM - İşıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO
3-06-2020, 18:53
Prezident Ağcabədidə taxıl biçinini izlədi
31-12-2015, 01:34
““Biz bilməliyik ki, 2016-cı il asan olmayacaq” - Prezident
29-10-2022, 09:47
Saqqız çeynəməyin nə qədər təhlükəli olduğunu bilsəniz...
13-05-2017, 18:51
Azərbaycanda qadın yol polisləri olsun - Təklif
7-08-2018, 12:40
"Qafqaz əsiri"nin "Nina"sı 51 il sonra - Fotolar
28-10-2018, 11:04
Bu cür pomidorlar ciddi təhlükə mənbəyidir - DİQQƏT
3-10-2015, 21:19
“Biz rusiyalıları terrorizm təhlükəsindən qoruyuruq“
24-11-2015, 12:30
49 yaşlı aktrisanın silikonlu sinə dekoltesi -fotolar
8-12-2019, 14:30
“Bu adam özünü apara bilmirsə, çağırdığı qonaqların vasitəsilə tamaşaçıları hara apara bilər?”