Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maşında arvadına baxan sürücünü öldürüb: “Dəqiqləşdirdim ki...” - TƏFƏRRÜAT
Tarix: 24-12-2017 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakıdakı müəmmalı qətlin bəzi təfərrüatları məlum olub. Qətl hadisəsinin şahidi yoxdur. Qətlə səbəb olan mübahisənin isə bir şahidi var. Həmin şahiddə qətli törədən şəxsin xanımıdır. Söhbət maşında arxa oturacaqda oturan xanımına baxan sürücünü öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Əbdülməmmədov Cavid Hacıməmməd oğlunun cinayət işindən gedir.
Qsdən adam öldürməkdə ittiham edilən Cavid Əbdülməmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və o, 17 il müddətinə azadlıqdan məhrum edilib. C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. Qətlin təfərrüatları barədə qeyd edək ki, səbəb qısqanclıqdır. Belə ki, Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağammədovun idarə etdiyi maşına minib.  
İttihamda yazılır ki, Cavid Əbdülməmmədov Vasifin onun arxada əyləşən xanımı Kəmalə Məmmədovaya baxdığını görüb və iradını bildirib. V.Ağammədovun bu iradı ciddiyə almadığını gördükdə isə onu öldürmək qərarına gəlib. Bu məqsədlə də hadisədən bir gün sonra, saat 11 radələrində Vasifin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib. Onu həyətə çağıraraq axşam etdiyi hərəkətin düzgün olmadığını deyib və özü ilə gətirdiyi bıçağı sellofan torbadan çıxarıb. Söhbətin davamında Vasifin döş qəfəsinə bir zərbə vuraraq oradan uzaqlaşıb. C.Əbdülməmmədov qətli törədib və könüllü olaraq polisə təslim olub.
Təqsirləndirilən şəxsin və onun xanımının ifadəsini əldə edib. İş üzrə C.Əbdülməmmədov şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilib.
O, ifadələrində deyib ki, bacanağı Samirin oğlunun kiçik toyunda iştirak etmək üçün yoldaşı ilə Sabirabad rayonuna gediblər. Həmin gecəni də bacanağıgildə qalıblar.
C.Əbdülməmmədov söyləyib ki, toyda bacanağının oğlunun kirvəsi kimi tanıdığı Nadir adlı şəxs də olub. Onlar Bakıya qayıtmaq istəyərkən Nadir dostu Vasifin də Bakıya qayıtdığını və onun maşınında yer olduğunu deyib.
“Nadir dedi ki, Vasifin maşını boşdur. Onunla gedə bilərik. Mən də buna etiraz etmədim” - deyə C.Əbdülməmmədov ifadəsində göstərib.
Cavid xanımı ilə birlikdə Vasifin idarə etdiyi “Hundai Accent” markalı avtomobillə gecə saatlarında Bakı istiqamətində yola çıxıblar. Bu səfər Vasifin sonuncu uzun yolu olub. Bu səfər Cavid üçün isə uzun illər dəmir barmaqlıqlar arxasına aparacaq yolun başlanğıcı olub.  
Cavidin dediyinə görə, yolda olarkən arvadı aradabir yuxulayıb. Vasif ona da yatmağı məsləhət görüb, amma ona yatmayacağını deyib və yollarına davam ediblər.
Təqsirləndirilən C.Əbdülməmmədovun dediyinə görə, yolboyu Vasifin maşının güzgüsündən arxa oturacaqda oturan xanımına baxdığını bir neçə dəfə görüb. Buna görə də Vasifə iradını bildirib və arxaya baxmasının səbəbini soruşub.
“Mənə dedi ki, "elə-belə baxıram". Sonra onun yenə arxaya baxdığını və gülümsədiyini gördüm. Və artıq dəqiqləşdirdim ki, o, yoldaşıma baxır. Vasif bir neçə dəfə öz nömrəsini telefonunun ekranına yazaraq arxa oturacağa tərəf uzadırdı. Yalandan öskürərək nömrəni yoldaşıma göstərməyə çalışırdı. Mən içkili idim. Ona bir neçə dəfə xəbərdarlıq elədim" - deyə təqsirləndirilən şəxs bildirib.
Cavid Vasifi vurarkən və mübahisə edərkən onları heç kim görməyib. Vasif bıçaq xəsarəti aldıqdan sonra qışqırıb və evdəkilər köməyə gəlib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Qətlin törədilməsinə səbəb olan mübahisənin yeganə şahidi isə Cavidin həyat yoldaşı Kamalə Məmmədovadır. O da istintaq zamanı dindirilib və eyni məzmunlu ifadə verib.
O, deyib ki, maşında gələrkən Cavid sürücünün yanında əyləşib. O isə arxa oturacaqda əyləşib.
“Sürücü Cavidə yatmağı təklif etdi. Mən də yorğun olduğumdan yolboyu hərdən yuxulayırdım. Amma maşında yata bilmirdim. Bir qədər sonra sürücünün mənə baxdığını hiss etdim. Arxaya boylanırdı, güzgüdən tez-tez mənə baxırdı. Yolda 3-4 dəfə telefona nömrəsini yazıb, mən tərəfə uzadırdı. Baxmağım üçün də yalandan öskürürdü. Amma mən ona fikir vermirdim, nömrəni də görmədim. Cavid çox qısqancdır. Amma həmçinin çox sakit insandır. Vasif də Cavidin bu sakitliyindən istifadə edirdi” - deyə şahid ifadəsində qeyd edib.
Məhkəmə proseslərində mərhumun ailə üzvləri də iştirak ediblər. Onlar iddia edirlər ki, qətl hadisəsi Vasifin Cavidin xanımına baxması səbəbindən yox, dini zəmində baş verib. Ancaq nə cinayət işi materiallarında, nə də məhkəmə istintaqı dövründə bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirilməyib.
(musavat.com)


Xəbəri paylaş

1 5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___