Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşidə Behbudova Röya və Aygünə görə titulundan imtina edir
Tarix: 23-12-2017 | Saat: 21:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəşidə Behbudova Röya və Aygünə görə titulundan imtina edir
Əməkdar artisti, dahi sənətxar Rəşid Behbubodovun qızı Rəşidə Behbudova titulundan imtina etmək istəyir.
Bu barədə R.Behbudova özü deyib.
 
O, əməkdar artist Aygün Bəylərlə əməkdar artist Röya Ayxanın qalmaqalına münasibət bildirərək qeyd edib ki, onlarla eyni titulu daşımaq istəmir: 

"Mən bunu çoxdan etmək istəyirdim. Lakin son illər ağır oldu, anam xəstələndi. Bu barədə anamla da, ərimlə də, oğlumla da söhbətimiz oldu. Lakin indi məni heç kim saxlaya bilməz. Mən onlarla eyni adı daşımaq istəmirəm”.
 
R. Behbudova daha sonra əlavə edib: 

"Mən sadəcə Rəşidin qızı kimi qalmaq istəyirəm. Həqiqətən, mən hansısa ad daşımaq istəmirəm. Hamı sənətkardır, hamı xanımdır, hamı ulduzdur. Bezdim. Bu, mənə görə deyil. Rəşidə - Rəşid Behbidovun qızı – mənim üçün ən yüksək addır”.
Qeyd edək ki, Aygün Bəylər "Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbərin Röyaya dediyi "Sevilir, sənətkardır” sözlərinə etiraz edib və sənətinin olmadığını deyib: 

"Hansı sənətdən danışırsan? Əsəbiləşdirirsən məni... Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. 80 faizi o gündədir".


Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
21-05-2017, 12:55 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___