Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Köhnə telefonların smartfonlardan - 10 ÜSTÜNLÜYÜ
Tarix: 23-12-2017 | Saat: 12:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Köhnə telefonların smartfonlardan


Köhnə telefonların müasirlərdən 11 üstünlüyünü təqdim edirik.
1. Köhnə mobil telefonların heç bir proqram yenilənməsinə ehtiyacı yox idi, amma müasir smartfonları tez-tez yeniləmək lazımdır.
2. Köhnə telefonları 3-cü mərtəbədən atsan belə, bir şey olmazdı, amma bahalı smartfonlar əldən düşən kimi çilik-çilik olur.
3. Köhnə telefonlar 3-4 gün enerji saxlayırdısa, smartfonları gün ərzində azı bir dəfə enerjiyə qoşmaq lazımdır.
4. Əvvəl enerji saxlamağında problem olmadığına görə ancaq telefonu daşıyırdıqsa, indi telefonun yanında adapter da daşımalı oluruq.
5. Köhnə telefonları 15 il sonra da işlətmək mümkündürsə, müasir smartfonların orta ömrü bir neçə ildir.
6. Köhnə mobil telefonlar münasib qiymətə olurdusa, smartfonları almaq üçün var-dövlət xərcləməli olursan.
7. Köhnə telefonlar çəkic qədər ağır və böyük idi, onları heç yerdə unutmaq mümkün deyildi. İndiki smartfonlar o qədər incədir ki, cibdə olub-olmadığını yoxlamaq lazım gəlir.
8. Köhnə telefonlar insanlarla görüşmək üçün bir vasitə idi. İndi isə görüşdükdən sonra telefonda qurcalanırıq, söhbət də etmirik.
9. Köhnə telefonlar ancaq danışmaq və mesajlaşmaq üçün idisə, indikilər həyatımızın özü olub. Telefonun içi şəxsi həyatımızdır. Başqasının əlinə keçsə, çox pis olar.
10. Köhnə telefonların çeşidləri çox idi, indi hamısı eynidir. Hamının əlində düz, qara ekranlar dayanır.
Köhnə telefonları çox təriflədik. Amma müasir telefonlar superdir. Yaxşı ki, onlar var
(metbuat/az)


Xəbəri paylaş

9248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___