Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özünü yandıran meyxanaçı "İsayam" deyib küçədə gəzirmiş - FOTO
Tarix: 22-12-2017 | Saat: 18:44
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Özünü yandıran meyxanaçı "İsayam" deyib küçədə gəzirmiş -  video
Bu gün özünü yandıran tanınmış meyxanaçı Şaban Neftçalalının (Hüseynov Şaban Gülmirzə oğlu) 3 il əvvəl evdən qaçdığı ortaya çıxıb.  Elə həmin il ailəsi, xanımı ATV kanalında yayımlanan “Öz aramızda” verilişinə müraciət edib.  Proqramın komandası axtarışda olan şəxsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında taparaq ailəsi ilə qovuşdurub.
Xəbəraz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan görüntülərdə Şaban Hüseynov hər kəsi təəccübləndirən açıqlama verib. O, İsa peyğəmbər olduğunu deyərək küçədə yarıçılpaq gəzib. Həmin sujetdə meyxanaçı özü də danışıb:
“11 gündür ki, evdən çıxmışam. Həyat yoldaşı, ata kimi işə yaramadığıma görə evdən çıxdım. Məndə belə bir şey daha əvvəl olmuşdu, indi sakitləşmişəm. Uşağım üçün darıxmışam. Qızım Aişənin 3 yaşı var. Küçəyə çıxdım, bir-iki möcüzələrlə rastlaşdım. Getdim o möcüzələrin arxasıyla… Heç kim mənə inanmadı. İsa peyğəmbərəm dedim, əlimə hasa götürdüm.
Ayaqyalın lüt bədənlə düşdüm şəhərin canına. Deyirdim ki, İsa gəlib İsa, əlimdə bir hasa! Söyməyə başladım. Polislər yaxınlaşdı, dedilər ki, İsa, səni tanıyıram. Məni bu xəstəxanaya gətirdilər. İndi özümü yaxşı hiss edirəm. Anama demək istəyirəm ki, kaş məni dünyaya gətirməyərdi. Anam, ölmək istəyirəm”. 
 
Daha sonra çəkiliş heyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Şabanı ailəsi görüşdürüb.







Xəbəri paylaş

1 7228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___