Bakıda klinikaya hücum: ürəyindən vurulan gəncin yaxınları xəstəxananı dağıtdılar
Tarix: 22-12-2017 | Saat: 18:31
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.
APA-nın məlumatına görə, hadisə dekabrın 20-də qeydə alınıb. Ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib. Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.
Hadisə barədə polisə məlumat verilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, məlum bıçaqlanma hadisə dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xəbəri paylaş
1 4128 dəfə oxunub.
Digər xəbərlər

2-07-2015, 02:28
Dünya şöhrətli müğənni Enriki İqlesias həbs olunub.
29-11-2017, 13:22
Ani qorxmaqla ŞƏKƏR XƏSTƏLİYİNƏ tutulmaq olar?
26-08-2020, 16:03
Kamran Əliyev sosial şəbəkədə qıza fotosunu göndərən prokuror köməkçisini işdən qovdu
23-03-2016, 17:51
Ələtdə "Xəcalət küçəsi"
11-01-2022, 13:17
11 min oğurlayıb, əyləncəsinə xərclədi - FOTO
8-07-2016, 23:42
Miri Yusifin xanımı: “Bütün qadınlar kimi mən də dözməliyəm”
24-05-2016, 19:01
"AYİB-in Azərbaycana sərmayəsi artacaq"
19-01-2019, 14:25
Sabahın havası - şaxta olacaq
6-03-2017, 11:39
Rəsulzadənin vəfatından 62 il ötür
3-12-2021, 20:58
Vilayət Eyvazov iki vəzifəli şəxsi nöqsanlara görə işdən çıxartdı