Fədayə Laçın yenidən məhkəmə qarşısında
Tarix: 21-12-2017 | Saat: 12:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilib.
Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.//APA
Xəbəri paylaş
6368 dəfə oxunub.
Digər xəbərlər

3-02-2023, 13:32
Şənbə gününün HAVA PROQNOZU
8-08-2016, 01:29
Bir ailənin 7 üzvü qarpızdan zəhərləndi - Tovuzda
29-09-2015, 13:52
“İnter” – “Qarabağ” oyununun başlama saatı açıqlandı
6-02-2019, 10:54
Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı
18-02-2016, 14:21
Çempionlar Liqasında 1/8 finalın növbəti oyunları keçirilib
13-02-2017, 16:55
Fahriye və Murad Bakıya gələcək
1-09-2015, 20:07
Şamaxıda güclü yanğın: Xəsarət alan var
2-01-2018, 12:32
Poxmel" olanlar oxusun: ayılmaq üçün bunları edin
23-05-2016, 19:57
ABŞ bankı bədbin neft proqnozunu dəyişdi
25-08-2015, 22:02
İŞİD 2 min il tarixi olan məbədi belə yerlə-yeksan etdi - FOTO