Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövnəq Abdullayev: "Çörək yediyin qaba tüpürmək haramdı"
Tarix: 20-12-2017 | Saat: 11:56
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Xəbəraz.Az apasport.az-a istinadən xəbər verir ki, toplantıdan sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, milli komandaların yaşaması üçün bazanın açılışını ediblər: "Burda bir komandanın yaşaması və məşq etməsi üçün hər bir şərait yaradılıb. Həmçinin, gələcəkdə "Səbail" də burdan istifadə edəcək. Bu, UEFA-nın dəstəyi nəticəsində başa gəlib. Bütün maliyyə qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidi".
Abdullayev bildirib ki, iclasda oyun alveri ilə bağlı da fikir mübadiləsi aparılıb: "Manipulyasiya ilə bağlı bizə məlumat verildi. UEFA hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidi. Keçən il bu qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. "Keşlə"nin 2 futbolçusu və "Neftçi"nin bir məşqçisi artıq prokurorluğa verilib. UEFA tərəfindən ayrılmış maliyyə ilə Sumayıtda 2 və Bakı Olimpiya Stadionunda təbii örtüklü meydança salınacaq. Region Liqasının başlanması ilə bağlı hesabat da verildi. Bu yarışa maraq çox böyükdü. Azərbaycanı əhatə edən yarışlar olacaq və futbolun inkişafına təkan verəcək".
- "Kəpəz"də aparılan yoxlamanın nəticəsi açıqlanmadı...
- Əfsuslar olsun ki, bizim nümayəndə tərəfindən pozuntuya cəhd olunmuşdu. Yoxlamanın nəticələri ilə tanış olduq və bir neçə nəfəri işdən azad etdik. Sistemi elə qurmaq istəyirik ki, şəffaf olsun. Yenə manipulyasiya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Bu, belə də davam edəcək. UEFA nümayəndələri ilə görüşəndə deyildi ki, Şərqi Avropa ölkələrində də bu hallar var. Amma Avropanın mərkəzində bunun kökünü kəsdilər. Bu, klubda  olan bəzi fərdi insanlara qarşı oldu. Çalışırıq ki, futbolumuza haram qatılmasın.
- Növbəti mövsüm üçün Premyer Liqa klublarının sayının artırılması müzakirə olundumu?
- Keçən il də demişdim ki, 10 komandaya çatdırmaq istərdim. 9-a çətinliklə çatdırdıq, 8 komanda ilə başladıq. İqtisadi cəhətdən müəyyən çətinliklər oldu və sponsorlar futboldan getdi.
- Bəlkə lisenziya şərtlərini asanlaşdırmaq lazımdı?
- Bu, UEFA-nın tələbidi. Komandaları sponsorlar yarı yolda qoyub getməməlidi.
- Region Liqasından diviziona çıxan komanda olacaqmı?
- Bəli, 1 komanda çıxacaq. I divizionu da sonuncusu ora düşəcək. Həmçinin, I diviziondan 1 komanda Premyer Liqaya çıxacaq.
- Bəlkə Topazın Premyer Liqanın sponsoru olması manipulyasiya məsələsində problem yaradır?
- Xeyr, belə şey ola bilməz. Çörək yediyin qaba tüpürmək haramdı.
- "Sabah" Təhsil Nazirliyi tərəfindən maliyyələşir. Bu komandanın Premyer Liqaya gəlməsi barədə söhbət olmayıb?
- Bizim heç kimlə söhbətimiz olmayıb.  
- Çempionatda Bakı klubları daha çoxdu. Bu, nə dərəcədə qanunauyğundu? Olmaz ki, "Zirə"nin, "Səbail"in yerinə Tovuz klubu Premyer Liqaya çıxsın?
- Sovet düşüncəsindən çıxmaq lazımdı. Bayılda futbol olmamalıdı? Bu klubların hər birinin öz sponsoru var. "Turan" I divizionda oynayır. Biz onlara I divizion səviyyəsində sponsorluq edirik. Tovuzda heç kim komandaya yaxın durmur.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___