Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şagirdlərə telefon qadağandır?
Tarix: 19-12-2017 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
Xəbəraz.Az xəbər verir ki, bunu trend-ə TN-nin sektor müdiri Cəsarət Valehov deyib. 
Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqimatın edilməsi məqsədilə, başqa sözlə, mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.
C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də, TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur.
O qeyd edib ki, hazırda Azərbaycanda onlarla təhsil müəssisəsi - orta və ali məktəblər tədris zamanı mobil texnologiyalardan istifadə edirlər.
Tədris zamanı mobil texnologiyalardan istifadənin bir çox üstünlüklərinin olduğunu deyən C.Valehov əlavə edib ki, yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etmə tədris prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir: "Məktəblərdə mobil texnologiyalar vasitəsilə "ağıllı lövhə"lərin bağlantısı qurula və informasiya sinxronluğunun təmini baş verə bilər. Biz çalışırıq ki, tədris zamanı mobil texnologiyalardan daha çox istifadə edilsin. Elektron xidmətin daha geniş şəbəkəsinin qurulması, rəqəmsal mühitin genişləndirilməsi bizim əsas məqsədimizdir. Bununla bağlı biz ciddi platformalar üzərində işləyirik".
Xatırladaq ki, Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər.


Xəbəri paylaş

8178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___