Azərbaycanda instaqram dələduzluğu - Diqqətli olun!
Tarix: 15-12-2017 | Saat: 09:43
Bölmə:Karusel / Texnologiya | çapa göndər
“Bu adam onlarla desəm az olar, bəlkə də yüzlərlə insana qarşı dələduzluq edib”.
Xəbəraz.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Emil Əmiraslanov sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O, qardaşının başına gələnləri başqalarının yaşamasını istəmir. Belə ki, Emil Əmiraslanovun ailə üzvü dələduzluğun qurbanı olub. Onun qardaşı Əli Əmiraslanov İnstagram səhifəsini satın almaq üçün özünü Ramin İsmayılov kimi təqdim edən şəxslə elektron poçt vasitəsilə əlaqə saxlayıb.
“Qardaşıma deyib ki, pulu İsmayılov Ramin Musa oğlunun adına göndər, mən Bərdədə götürəcəyəm. Bundan sonra Əliyə Gmail ünvanını və şifrəni verəcəyini bildirib”, – Emil deyir.
Ə.Əmiraslanov Ramin adlı şəxsin dediyi kimi edib. Lakin həmin şəxs vədinə əməl etməyib. Pul göndərildikdən sonra o, Əli Əmiraslanovun mobil nömrəsini bloklayıb. Başqa bir nömrə ilə əlaqə saxlanılsa da Əmiraslanov R.İsmayılov tərəfindən təhqir edilib.
Bərdədə yaşadığını dediyi üçün zərərçəkmiş rayonun Baş Polis İdarəsinə zəng vurub və şikayətini bildirib. İdarədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Həmçinin həmin şəxs barədə dəfələrlə idarəyə müraciət edildiyi söylənilib. İdarədən eyni zamanda bildirilib ki, vətəndaşlar diqqətli olsunlar.
Xəbəri paylaş
6578 dəfə oxunub.
Digər xəbərlər

17-09-2019, 15:50
Bakıda İYRƏNCLİK: 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi
20-03-2023, 11:38
“Nəhayət, bütün Novruz şirniyyatlarının dadına baxdım” - Səfir
24-08-2017, 20:51
Qarabağın rəqibləri bilindi
7-07-2017, 13:42
"Washington Times": "Dinc sakinlərin öldürülməsi Ermənistanın yeni hərbi doktrinasıdır"
3-10-2016, 14:36
Ərdoğan çıxışa başladı, salonu tərk etdilər…
9-01-2017, 20:57
8 aylıq hamilə azərbaycanlı müğənni xəstəxanalıq oldu: "Uşağım üçün qorxuram" - FOTO
18-10-2018, 16:51
Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - Azərbaycanda DƏHŞƏTLİ OLAY
14-11-2021, 11:22
Azərbaycanın qış turizmində YENİLİKLƏR OLACAQ
8-06-2018, 20:20
Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi