Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın qəhrəman kimi tanıdığı polisimiz ANS-ə danışdı (VİDEO)
Tarix: 02-07-2015 | Saat: 22:36
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Dünyanın qəhrəman kimi tanıdığı polisimiz ANS-ə danışdı (VİDEO)
Elvin Abışov: “O anda iki körpə uşağım gözümün önünə gəldi".
Azərbaycan polisindən danışarkən Bakının Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi yada düşür. Alovların içində qalan insanların xilas olunmasında iştirak etmiş iki polis əməkdaşlarını xatırlayaq. Dünən prezident İlham Əliyev həmin əməkdaşları yüksək qiymətləndirdi. 3 nəfərin həyatını xilas etmiş Çevik Polis Alayının əməkdaşı, polis serjantı Qocayev Şahin Alı oğlu “Vətənə xidmət” ordeni ilə, qucağında körpə ilə qaçarkən çəkilmiş şəkil ilə Qərb mediasının qəhərmanı olan Elvin Abışovu isə “İgidliyə görə” medalı ilə təltif edib.

Serjant Elvin Abışov Onu nəyinki bütün Azərbaycan? hətta dünya bir foto ilə tanıdı. Üzündə heç bir qoruyucu maskası olmayan polis yanan binadan xilas etdiyi körpəni həkimlərə çatdırmağa çalışır. Və bu şəkil dünya mediasında günün fotosu kimi dərc edilir. Elvin Abışov - “Qəhrəman Polis”. Qəhrəman, həm də ona görə ki, o həmin gün dumanların arasından bu körpə ilə yanaşı, Azərbaycan polisinin obrazını da xilas etdi.

“O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən an sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamadığım mənim üçün önəm daşımadı”, – deyə Elvin Abışov bildirir.

"Mən polis kimi, vətəndaş kimi, borcumu yerinə yetirdim", deyir serjant.

“Biz polis orqanlarına qəbul olarkən and içmişik. Mən o anda sadiq qalaraq vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Polis əməkdaşı kimi, vətəndaş kimi hər an bu vətənin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Çünki böyüklərimizdən belə görmüşük”, - deyə Elvin Abışov deyir.

Onun bu addımı dövlət tərəfindən qiymətləndirildi. Prezident Elvin Abışovu “İgidliyə görə” medalı ilə təltif etdi. Bu gün onunla yanaşı minlərlə polis əməkdaşı peşə bayramını qeyd edir.

Azərbaycan cəmiyyətində bu peşənin sahiblərinə münasibət heç də birmənalı deyil. Amma bu gün obrazlarında nə qədər mənfi çalar olur-olsun Azərbaycan cəmiyyətini, ümumilikdə ölkənin vəziyyətini polis olmadan təssəvvür belə etmək istəmir insan.

Təkcə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə daxili işlər orqanları və daxili qoşunların şəxsi heyətindən 931 nəfər şəhid olub.

Şərəfli tarixdən keçən Azərbaycan polisinin fəaliyyəti bu gün dünya standartlarına uyğunlaşdırılır. Onların peşəkarlığı ildən ilə artırılır. Bəzən narazı olduğumuz məqamlarsa, Elvinin timsalında müsbətə doğru dəyişir.



4448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___