Öldükdən sonra "Facebook" hesabınız kimə qalacaq?
Tarix: 11-12-2017 | Saat: 13:19
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Çoxumuzun “Facebook”, “Gmail”, “Apple” hesabları var. Bəs, maraqlıdır öldükdən sonra bu hesablara nə olacaq?
Almaniyada 15 yaşlı qızın qatarın altında qalıb ölməsindən sonra mövzu yenidən aktuallaşıb.
Ailəsi hadisənin səbəbini bilmək üçün qızlarının sosial media hesablarını araşdırmaq istəyiblər. Ancaq bütün araşdırmalara rəğmən, ona aid heç bir məlumat əldə edə bilməyiblər.
Məlumatlara görə, əgər “Facebook” hesabınız varsa, öldükdən sonra hesabınız birdəfəlik bağlanacaq və ya bir xatirə hesabına çevriləcək. Bunun üçün ölənin yaxını “Facebook”a ölüm sənədi göndərməlidir.
“Twitter” də hesabı birdəfəlik silməyə icazə verir. Ancaq bunu yalnız hesabın sahibi edə bilər.
“Google” isə “Gmail”i istifadə edib-etmədiyinizi, hesabınıza daxil olub-olmadığınızı yoxlayır. Hesabınız müəyyən bir müddət ərzində bağlı olarsa, öncədən istifadə etdiyiniz ünvanlara sizin sözlərinizdən ibarət məktub göndərilir.
“Apple” isə istifadəçilərin gizliliyinə önəm verir. Əgər “Apple” istifadəçisisinizsə, öldükdən sonra bütün hesablarınız sizinlə bərabər “öləcək”. Həmçinin, bura fotolarınız, musiqi, filmlər də daxildir. Onların yenidən qaytarılması üçün məhkəmədən icazə almaq lazımdır.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

10-05-2016, 08:54
Neft Fondu 48 milyon dollar satdı
26-01-2022, 09:41
DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
17-08-2022, 11:47
"Məktəbli forması başdan-ayağa hoqqabazlıqdır" - Deputat
11-05-2017, 18:26
Serenayın bu fotosunu 1 saatda 80 min insan bəyəndi
28-03-2015, 16:38
UEFA-nın növbəti prezidenti müəyyənləşib
21-04-2015, 21:20
Bakıda böyük əməliyyat - Rəsmi
9-02-2016, 17:28
"İlhamə Quliyeva, elə bilirsən, sənin səs yazman yoxdur?" — İlhamənin keçmiş köməkçisindən ikinci məktub
4-12-2017, 13:51
Hacı Məmmədov intihar etməzdən qabaq məktub yazıb – RƏSMİ
16-03-2016, 11:16
Ərdoğan İlham Əliyevi belə yola saldı (FOTO)