Məşhur model Fələstini dəstəklədi - Mən müsəlmanam! - FOTO
Tarix: 08-12-2017 | Saat: 12:54
Bölmə:Karusel / Maraqlı | çapa göndər
"Ədalətli qərar gözləyirdim, lakin olmadı. Çox kədərli gündür. Xəbərlər proqramlarını izləyərkən Fələstin xalqının kədərini, ağrısını gördüm. Bu da məni Fələstində nəsillərdən bəri davam edən faciə barədə yazmağa vadar etdi.
Atamın, qohumlarımın, fələstinli əcdadlarımızın kədərini bölüşən, qəmlənən yaxınlarımın hüznünü görüb nə isə demək, nə isə yazmaq çətindir. Qüds bütün səmavi dinlərin evidir. Bunu bilirəm və hiss edirəm ki, sülhə aparan yolda geriləyirik. Fələstin xalqına qarşı atılan addımlar, qəbul edilən qərarlar ədalətsiz, qərəzli, birtərəflidir.
Mən Fələstinin yanındayam!
Kimsəyə qarşı dərin nifrətim yoxdur. "Qardaş" və "bacı" dediyim ən yaxın dostlarım arasında yəhudilər çoxdur. Bütün dinlərə sayğı duyulmalı, ibadət edənlər yanaşı durmalıdır.
İnsan ümidlə yaşamalıdır. Lakin indi o ümid hanı?.."
Dünyanın ən məşhur modellərindən biri, əslən fələstinli olan model Bella Hədid İnstagram-dakı profilində belə yazıb.
Bellanın atası, daşınmaz əmlak sahəsində fəaliyyət göstərərək milyarder olmuş 69 yaşlı Məhəmməd Hədid Fələstində, Nəzəriyyə şəhərində doğulub. Hədidlər ailəsi sonradan Suriyada və Livanda yaşayandan sonra ABŞ-a mühacirət edib.
Onda Məhəmməd Hədidin 14 yaşı vardı.
21 yaşlı Bella Hədid də fəxrlə "Mən müsəlmanam!" deyir.
O, 22 yaşlı bacısı Cici ilə birlikdə Nyu-Yorkda "No Ban No Wall" etiraz yürüşünə qatılmışdılar. Yanvar ayında keçirilmiş bu aksiya D.Trampın miqrantlara qarşı qəbul etdiyi qərarlara etiraz idi.
ABŞ-ın Los-Anceles şəhərində yaşayan Məhəmməd Hədid də D.Trampın Qüdsü İsrailin paytaxtı qismində tanımasına etiraz edib, bu qərarı "absurd" adlandırıb.
Bella Hədid Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Bulgari" brendinin yeni "The Bulgari Resort & Residence" otelinin təntənəli açılış mərasiminə qatılmışdı.
Xəbəri paylaş
5558 dəfə oxunub.
Digər xəbərlər

23-03-2017, 11:54
Bayram günü oğul anasını balta ilə doğradı - Özünü körpüdən atdı
20-09-2022, 11:07
Üzümün təhlükələri. Çox yeməyin!
4-03-2016, 16:00
"Səmimi etiraf edəcəyəm ki, şəxsi həyatım..."
24-04-2016, 13:46
20 faiz ərazimizin 5 faizi azad edilib - Video
24-09-2015, 20:37
Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü
18-09-2017, 12:48
Bu içkilərə öküz sperması qatılır - DİQQƏT
27-11-2015, 16:17
Hadi Rəcəbli: “Sabitliyi pozmaq istəyənlər vətən xainidir“
10-10-2015, 18:07
Onlar gözə görünməmək üçün nə edirlər? - Fotolar
29-11-2015, 19:01
Nardaranda qərar verildi: Meydan boşaldılır