Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili əməliyyat olundu
Tarix: 07-12-2017 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər



Milli Məclisin deputatı Yevda Abramov Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Xəbəraz.Az xəbər verir ki, bu barədə Report-a Azərbaycanın baş onkoloqu Azad Kərimli məlumat verib.
Onun sözlərinə görə, deputat artıq narkozdan ayılıb və özünü yaxşı hiss edir, danışır.
A.Kərimli bildirib ki, deputatdan əməliyyat zamanı götürülən nümunələr əlavə müayinəyə verilib: "Ona görə də deputatın onkoloji xəstə olmasını indidən demək mümkün deyil. Nəticələri gözləmək lazımdır".
Y.Abramovun xəstəxanadan nə vaxt çıxması məsələsinə gəlincə, baş onkoloq qeyd edib ki, bu, xəstənin səhhətindən asılıdır.
***
13:42
53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problemlər yaranıb.
Bu barədə açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramova deyib: "3 gün əvvəl atamın səhhətində problem yarandı və xəstəxanalardan birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxada cərrahi əməliyyata götürülüb. İki saat əməliyyat olacaq. Hələlik atamın səhhəti ilə bağlı heç nə deyə bilmirəm”.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
20-09-2021, 11:34 Ömrü uzadan ÇAY
2-07-2016, 15:17 Nəfs

bütün xəbərlər
____ Instagram ___