Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vəkillər Kollegiyasına yeni sədr seçilib
Tarix: 07-12-2017 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər


Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.
 
Konfransda bildirilib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları iştirak edirlər.
 
Daha sonra qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. 
 
Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
 
Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilib. Vəkil Anar Bağırov seçkinin nəticəsinə görə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.
 
Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, komissiyanın sədri seçilib.
 
Toplantıda Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni üzvləri də məlum olub. Rəyasət Heyətinə vəkillər Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva , Sahib Səfərov, Tural Hüseynov, Elçin Qəmbərov seçilib.
 
Aydın Axundov və Pərviz Ələkbərok isə VK sədrinin müavinləri seçiliblər.
 
Konfransın gündəliyinə əsasən, toplantıda Vəkillər Kollegiyasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının qəbulu və Vəkillər Kollegiyasının 2017-2022-ci illər üzrə büdcəsinin təsdiq edilməsi nəzərə tutulub.
 
Konfransın yekununda isə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanovun “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: “e-məhkəmə” informasiya sistemi” mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Aydın Axundovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də gözlənilir.
 
Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.
2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi olub.
 
Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. 


Xəbəri paylaş

1 0868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___