Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
YAP Avropa Şurasının İlqar Məmmədovla bağlı tələbinə CAVAB VERDİ
Tarix: 07-12-2017 | Saat: 11:53
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər



Avropa Şurası Nazirlər Komitəsi hesab edir ki, Azərbaycan hökumətinin REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı ittihamlarının heç bir əsası yoxdur. Nazirlər Komitəsi İ.Məmmədov hələ də azad olunmadığına görə onun  işinin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib.
Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq, pozulması sayılmasına dair daha bir qərar qəbul edəcək.
 
Məsələ ilə bağlı deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə açıqlamasında deyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətə üstünlük verir:
“Amma çox təəssüf ki, Avropa Şurasının hazırkı rəhbərliyi Azərbaycana qarşı çox aqressiv münasibət sərgiləməkdədir. Azərbaycan olmayan məsələlərdə ittiham edilir, ölkəmizə qarşı təhdidlər irəli sürülür. Sanki Azərbaycanın taleyi Avropa Şurasının ona münasibətindən asılıdır. Azərbaycan Avropa Şurasına könüllü surətdə qəbul olunub, bu cür təhdid və təzyiqləri qəbul etmir”.
 
A.Mirzəzadə bildirib ki, Azərbaycan öz vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsində daha çox maraqlıdır:
 
“Məhkəmə qərarı ilə həbs edilmiş bir nəfər Azərbaycan vətəndaşının məsələsini mühüm bir hadisə kimi beynəlxalq səviyyəyə qaldırmaq, onun təcili surətdə, hüquqi prosedur qaydalarını pozaraq, azad olunması tələbi yolverilməzdir. Azərbaycan bu cür münasibəti qəbul etmir. Avropa Şurasının bu cür münasibətini şərh edərkən, prezident İlham Əliyev bildirmişdi ki, “Azərbaycan Avropa Şurasından çıxarsa, nə itirəcək, nə də qazanacaq”.
Bu səbəbdən də biz Avropa Şurasında olmaqda və münasibətlərdə maraqlıyıq. Heç bir zaman Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təhdidləri qəbul etmirik. Biz dövlət kimi vətəndaşlarımızın hüquqlarının qorunmasının Avropa Şurasından daha çox marağındayıq. Dövlətimizin marağıdır ki, bu gün vətəndaşlarımızın təhlükəsizliyi qorunur, onların hüquqlarına, sosial problemlərinin həllinə diqqət ayrılır. Vətəndaşlarımızın 1 milyon 200 min nəfəri işğal olunmuş zonadan məcburi köçkün düşüb və onların yükü dövlətimizin çiyinlərindədir. Nədənsə, Avropa Şurası həmin 1milyon 200 min nəfərin taleyilə maraqlanmır. Nədənsə, Azərbaycanın torpaqlarının müəyyən hissəsinin işğalda olmasının səbəbini Ermənistandan bir dəfə də olsun soruşmur. Bu cür münasibəti qəbul etmək olmaz. Bununla belə, dövlətimiz istənilən məsələnin qarşılıqlı maraqlarla, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsində həmişə maraqlıdır”.
 
REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.(modern.az)


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___