Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu cür rəqiblərlə qarşılaşmaq əsl məktəbdi” – Rəşad Sadıqov
Tarix: 05-12-2017 | Saat: 12:02
Bölmə:Karusel / İdman | çapa göndər


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına danışıb. Apasport.az saytının məlumatına görə, cəzalı olduğu üçün Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə bugünkü qarşılaşmanı buraxacaq 35 yaşlı müdafiəçi bir çox məsələlərdən söz açıb.
 
Qrup mərhələsi barədə
Avropanın hər bir ölkəsi Çempionlar Liqasının qrup mərhələsində nümayəndəsinin olmasını istəyir. Bu, futbolun inkişafına böyük təkan verir. Qrupa düşməyimiz futbolçular, azarkeşlər və bütün xalqımız tərəfindən sevinclə qarşılandı. Bu, Azərbaycanda futbola sevgini daha da artırdı. Artıq hər kəs – uşaqlar, qadınlar, yaşlı nəsil oyunlarımızı müzakirə edir. Bu, irəliyə atılmış çox vacib addımdı. Son 8-9 il ərzində sistemli şəkildə inkişaf etdik və əsas hədəfimiz olan Çempionlar Liqasının qrupuna düşməyi bacardıq.
 
Rəqiblər barədə
Qrup mərhələsindəki rəqiblərlə Avropa Liqasında və ya yoldaşlıq görüşündə də qarşılaşa bilərdik. Ancaq Çempionlar Liqasındakı atmosfer tam başqadı. ÇL, həmçinin Avropa və dünya çempionatı futbolun zirvəsidi. Əlbəttə ki, “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalarla belə yüksək səviyyəli turnirdə üz-üzə gəlmək çox çətindi. Bu cür rəqiblərlə qarşılaşmaq yerli gənc futbolçular üçün ciddi sınaq, böyük təcrübə və əsl məktəbdi. Bu, hazırda ilk ciddi addımlarını atan Azərbaycan futbolu üçün böyük hadisədi.
 
Dövlət dəstəyi barədə
İnkişaf etmək üçün dəstək vacibdi. Son 10-15 ildə futbol da daxil olmaqla, Azərbaycan idmanına dövlət tərəfindən böyük diqqət göstərilir, çoxlu pul xərclənilir. Biz futbolçular son vaxtlar bəslənilən ümidləri müəyyən mənada doğrulduruq. Bunu klub səviyyəsində Avropa Liqası və Çempionlar Liqasının qrupuna düşməklə, milli səviyyəsində isə seçmə mərhələdə daha çox xal toplamaqla edirik. Düzdü, ola bilər ki, avrokubokda böyük nəticələr qazanmırıq, yığmamız isə Avropa və dünya çempionatının final mərhələsinə vəsiqə əldə etmir. Amma unutmayaq ki, bizim futbol hələ gəncdi. Bu amili nəzərə alsaq, çıxışımız layiqlidi. Göstərilən dəstəyin qarşılığını vermək üçün oyunumuz və nəticələrimizlə çox çalışırıq.
 
Azarkeşlər barədə
Düşünürəm ki, hazırda Azərbaycanda futbol populyarlıq baxımından ən pik həddədi. Düzdü, bunu “Neftçi”nin keçmiş SSRİ dövründəki çiçəklənən dönəmi müqayisə edə bilmərəm. Həmin vaxt hətta çempionat oyunlarında da stadiona çox azarkeş gəlirdi. Ancaq Azərbaycanın yeni futbol tarixində bu cür populyarlıq olmamışdı. O ki qaldı “Qarabağ” azarkeşlərinə, hava necə olursa-olsun, nəticədən asılı olmayaraq, onlar hər zaman komandanın yanındadılar və bizə daim dəstək olurlar. Aramızda yaxşı əlaqə var, bir-birimizə əziz dost kimi yanaşırıq. Futbolçularımız bir çox azarkeşlə şəxsən tanışdılar, onlarla daim ünsiyyət qururlar. Avropa Liqası və Çempionlar Liqasının oyunlarında stadiondakı atmosfer, həqiqətən də, fərqli olur. Bunu “Qarabağ”da oynayan legionerlər və bizimlə qarşılaşan rəqiblər də bilirlər. Azarkeşlərimiz arenada yaxşı atmosfer yaradır və rəqibə təzyiq göstərirlər.
 
Gənclik kumirləri barədə
Uşaqlıq və gənclik illərimdə kumirlərim olan futbolçular var idi ki, onlara xüsusi azarkeşlik edirdim. Devid Bekhem və Fabio Kannavaronun adını çəkə bilərəm. Son vaxtlar isə bu futbolçular Lionel Messi və Kriştianu Ronaldodu. Hər ikisinə hörmət edirəm. Onların uzun illərdi stabil formada qalmaları məni həmişə təəccübləndirir. Amma indi sırf azarkeşlik etdiyim, kumirim olan futbolçu yoxdu. Bəlkə də, bu, yaşla əlaqəlidi. Hər halda 35 yaşım var. Əvvəllər kumirim sayılan futbolçular var idi.
 
Qurban Qurbanovun məşqçilik istedadı barədə
Baş məşqçimiz Qurban Qurbanov komandanın heyətini müəyyənləşdirir, biz isə onun oyun fəlsəfəsini həyata keçirməyə çalışırıq. Deyərdim ki, “Qarabağ” və komandanın sərgilədiyi oyun baş məşqçinin xarakterinin göstəricisidi. Qurban Qurbanovu bu sözlərlə də təsvir etmək olar: nəcib, mehriban, səmimi və ciddi insan. Bizim komanda məhz bu tip uşaqlardan qurulub. Biz rəqiblərə hörmətlə yanaşırıq, feyr-pley prinsiplərinə əməl edirik, müdafiədə qapanmağı xoşlamırıq və istənilən komandaya qarşı hücum futbolu göstərməyə çalışırıq.
 
“Roma” ilə Bakıdakı oyun barədə
“Roma” ilə oyun Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçirdiyimiz ilk görüş idi. Matç bizim üçün bir qədər narahat və ağır başladı, çox tez iki qol buraxdıq. Doğma azarkeşlərimiz önündə yaxşı oynamaq bizim üçün vacib idi. Buna görə də, hesabda 2 top fərqi ilə geri düşməyimizə baxmayaraq, komanda özündə güc tapa və oyunu, həmçinin hesabı dəyişə bildi. Rəqibə tədricən daha ciddi müqavimət göstərməyə başladıq. Əfsuslar olsun ki, bundan artığını etməyə gücümüz və ustalıq səviyyəmiz çatmadı. Halbuki matçdan sonra gördüyüm hər kəs, azarkeşlər oyunumuzdan razılıqlarını dilə gətirdilər. Təbii ki, həmin görüşdə heç olmasa 1 xal qazanmağı arzulayırdıq, amma bu, baş tutmadı.


Xəbəri paylaş

4898 dəfə oxunub.

Digər xəbərlər
17-06-2016, 10:09 Neftin qiyməti dəyişdi

bütün xəbərlər
____ Instagram ___