Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zərrab ailəsi Türkiyədən necə qaçdı – Şok faktlar
Tarix: 04-12-2017 | Saat: 15:03
Bölmə:Karusel / Gündəm | çapa göndər


Türkiyədə məskunlaşaraq vətəndaşlıq alan Zərrab ailəsinin məhkəmədən əvvəl ölkəni tərk edərək İrana qaçdığı məlum olub.
Bu barədə “Milliyət” qəzetində Serpil Çevikcanın yazısı dərc olunub.
Yazar bildirib ki, azərbaycanlı iş adamı Rza Zərrabın anası Şəbnəm Zərrab və atası Hüseyn Zərrab sentyabrda, qardaşı Məhəmməd Zərrab isə oktyabr ayında İran ərazisinə keçib. Zərrabın valideynlərinin və qardaşının eyni tarixdə İrana keçməsi diqqət çəkib. Daha maraqlısı isə Zərrab ailəsinin Babək Zəncaniyə edam hökmü oxunduğu bir dövrdə İrana keçməsi olub. Belə görünür ki, Zərrabın Türkiyə əleyhinə şahidlik etməyi qəbul etdiyi bir dövrdə türk vətəndaşı olan ailə üzvləri ölkəni tərk etmək imkanını dəyərləndirib.
Serpil Çevikcan Rza Zərrabın ABŞ-a getməsindən tutmuş, ailəsinin İrana keçməsinə qədər davam edən proseslərin qurulmuş planın tərkib hissəsi olduğunu bildirib.
Rza Zərrabın Türkiyədən çıxışının və ABŞ-a getməsinin qarşısının niyə alınmadığı uzun müddətdir müzakirə mövzusuna çevrilib. 2007-ci ildən ABŞ tərəfindən izlənilən Rza Zərraba 17-25 avqust (Türkiyədə FETÖ-nun təşkil etdiyi kütləvi həbslər) sonrası qoyulan ölkəni tərk etmə qadağası cəmi 47 gün çəkib. Qadağa sadəcə 2014-cü ilin 28 fevralından aprelin 16-na qədər qüvvədə olub. Başqa sözlə Rza Zərrab aprel ayından sonra ölkəni sərbəst şəkildə tərk etmək imkanına sahib olub”, - yazar bildirib.


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___