Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bir pasiyentim 20 il ayrıldığı şəxsi axtarıb” - Psixoloqdan keçmiş sevgilini unutmaqla bağlı MƏSLƏHƏTLƏR
Tarix: 23-11-2017 | Saat: 15:43
Bölmə:Karusel / Maraqlı / M2 / Müsahibə | çapa göndər


"QIZLAR RƏFİQƏLƏRINƏ DEYİR Kİ, "AY QIZ, SƏNİN YERİNƏ OLSAYDIM, BOŞANARDIM”. AMMA HEÇ KİM KİMİNSƏ YERİNDƏ OLA BİLMƏZ”

Ailə və qadın cinsi problemləri üzrə həkim-psixoloq İlhamə Balakişiyevanın müsahibəsi:

-İlhamə xanım, xüsusən gənclər arasında belə bir söz yayılıb ki, birinə (qarşı cins nəzərdə tutulur – red.) bağlanmaqla sevgi fərqli-fərqli şeylərdir. Bağlandığın adamdan uzaqlaşanda onu tez unutmaq olur. Lakin sevdiyini unutmaq çətindir. Bağlanmaq və sevgi həqiqətən də ayrı məfhumlardı? Elədirsə, necə fərqləndirməli?

-Sevgi bəşəriyyətin təməlində var. Bu hiss insana ana bətnində verilir. Sevgi varsa ayrılıq da, unutmaq da var. Emosional yaş dövründə olan sevgilər tamamilə fərqlidir. Yəni 15-20 yaş aralığında olan insanların  sevgisi emosional bağlantı ola bilər. Hər bağlantı sevgi deyil. İnsanların yaşam tərzinə, böyüdüyü ailədən, təhsil aldığı məktəb mühitindən və s. asılı olaraq sevgiyə münasibətləri fərqli olur. Emosional bağlantı ilə sevgini fərqləndirmək lazımdır. 15-20 yaş arası insanlarda əksər zaman emosional sevgi olur və əksər zaman da belə qurulan ailələr dağılır. 20 yaşında tanış olan gəncin sevgilisindən ayrılması daha çətindir. Bağlantı daha çox fəsad verir. Sevgi bağlantıdan daha gözəl, yumşaq hissdir. Bağlantı fəsaddır, hiss deyil, köçürmədir.

-Keçmiş sevgilisini unutmağa çalışan zaman gənclərin etdiyi ən böyük səhvlər nədir?

-Emosiya üzərində qurulan sevgilərdə səhvlər çox olur. Bəzən gənclər ayrılır, bir- birinə acıq vermək üçün başqaları ilə tanış olur. Sonra keçmiş sevgililər yenidən birləşmək istəsələr də, alınmır. Qız oğlanı bağışlaya bilsə də, oğlan edə bilmir, çünki artıq qızı başqa şəxslə görüb. Gənclər başa düşmür ki, ayrılmaq belə insanın əmlakıdır. Keçmiş sevgilini yenisi ilə unudanlar, yaxud unutmaq istəyənlət böyük səhv edir. Dərindən bir-birini sevən gənclər bəzən ayrılır və gözləmədən başqası ilə evlənməyə qərar verirlər. 5-6 aydan sonra isə ayrılırlar. Sonra təkrar keçmiş sevgilisi ilə görüşmək qərarına gəlir. 
Elə pasiyent olub ki, 20 il öncə sevgilisindən ayrılıb. Sonra illərlə hər iki tərəf bir bir-birini axtarıb. Buna səbəb emosional bağlantının qırılmamasıdır. Hər yaş dövrünün psixoloji vəziyyəti fərqlidir.
 
 

-Bəs keçmiş sevgilini necə unutmaq olar?

-Mən ayrılmağın tərəfində deyiləm, ancaq bu hal yaşansa belə öyrəşirsən. Bir nəfər ayrılıqdan sonra heç kimlə tanış ola bilmirsə, boşluq dolmursa, bu çətin olur. Əgər tanışlıqlar qura bilirsə, ətrafı ilə danışırsa belə halı həll etmək daha asandır. Unutmaq üçün zaman, səbəblər var. Biri kitab oxuyaraq, biri gəzərək, digəri yeni tanışlıqla və s. unutmağı öyrənir. Hər şəxsin özünəməxsus düşüncəsinə görə unutmağın üsulları da dəyişir. 

-Unutmaq üçün sevmədiyi biri ilə evlənmək hər şeyi düzəldə bilərmi?

- Unutmaq üçün yeni sevgili ilə tanışlıq, evlilik bahanədir. Əvvəlcə ayrılıq səbəbi araşdırılmalıdır. Unutmaq hər kəsin xarakterindən, baxış tərzindən asılıdır. Unutmaq üçün başqası ilə evlənmək olmaz. Bir şəxsi tanımadan, anlaşmadan evlənmək ayrılıqla da nəticələnə bilər.

-Evlənən zaman gənclər sevdiyi insanda nələrə diqqət etməlidir?

-Hər insan özünün daxili dünyasının tələbatına uyğun şəxs sevməlidir. Bunun üçün şəxlər bir-birini tanımalıdır. Bəzən insan özünü belə tam tanımır. Əsas problem insanların bir-birini tanımamasıdır. Qarşılıqlı anlaşma yoxdursa evlənməyin anlamı yoxdur. Qarşılıqlı hörmət, güvən yoxdursa, bu, sevgi deyil. Bəzən bağlantı olur, amma hörmət, güvən olmur. Belə olmaz. Güvən sevgidən çox dəyərlidir. Bu hiss isə bir insanı tanıdıqdan sonra yaranır. Ailə qurmaq riskli addımdır. Evlənmək istəyənlər emosiyalara qapılmamalıdırlar, qarşısındakıları yaxşı tanımalıdırlar. Bəzən gənclər kor-koranə sevirlər. Bu, cilalanmamış sevgidir. Bunun üçün maariflənməlidirlər.

15-20 yaşa qədər olan sevgilərdə daha çox intihar hadisələri olur, çünki emosional yaş dövrüdür. Valideynlər diqqətli olmalıdırlar. Uşaqlara qarşı diqqətcil olmaldırlar. Övladlarını anlamalıdırlar.

-Doktor, gənclər bəzən qarşısındakını doğru sanıb evlənirlər, ancaq sonradan peşman olurlar, bunun yanlış qərar olduğunu anlayırlar. O zaman ailə dağıdılmalıdır?

-Bəzən evlənirlər, analiz edəndə başa düşürlər ki, səhv addım atıblar. Əslində isə ailə adaptasiyası 3 ilə baş verir, ortam rəqəmlə isə 5 ilə ailə möhkəmlənir. İlk 3 il alışmaq dövrüdür. Tamam fərqli xüsusiyyətə malik insanların bir evdə olması, yaşaması çox çətin dövrdür. Özlərinə zaman verməlidirlər. Vərdişlərinə, qarşı tərəfin istəklərinə diqqət yetirməlidirlər. Bir-birinə güzəştə getməlidirlər. Yox əgər heç bir nəticə əldə etmirsə, şəxslər özlərini ailəli kimi təqdim edə bilmirsə, bu, qorxuludur. Bəzən insanlar çox aqressiv olurlar. Özünün vermədiyi dəyəri qarşı tərəfdən tələb edirlər. Və ya yaxın rəfiqələri ilə danışanda bəzən onlar deyirlər ki, "ay qız, sənin yerinə olsaydım, boşanardım”. Bu belə deyil. Kimsə kiminsə yerində yaşaya bilməz. Lakin bu o demək deyil ki, məcburi evliliyin tərəfindəyəm. 23-24 yaş insanın mükəmməlik dövrüdür. Anlaşma olmadıqdan sonra bu evliliyi davam etdirməyə dəyməz.

-Bəs anlaşa bilməyən cütlüklərə "uşağın olsun, hər şey düzələcək” deyirlər. Həqiqətən uşaq hər şeyi həll edirmi?

-Övladın dünyaya gəlməsi bağlantıdır. Lakin sevgi, hörmət və s. yoxdursa, övlad bunu formalaşdırmayacaq. Ailə özü fədakarlıqdır. Bir-birinə fədakarlıq edə bilməyənlər, bunu uşaqdan gözləməməlidir.
(medicina.az)




Xəbəri paylaş

1 0348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___