"Deyir ki, qaşını al, saçını rənglət"
Tarix: 19-11-2017 | Saat: 12:03
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
“Öz ailələrini, həyat yoldaşlarını efirə çıxarırlar, sonra da jurnalistləri qınayırlar ki, niyə belə yazırsız? Həyat yoldaşını, uşağını, qohumunu efirə çıxartma, göstərmə, danışdırma, sonra sənə söz də gəlməsin. Mən müğənniyəm, yoxsa mənim ailəm müğənnidir?”.
Bu sözləri müğənni Aslan Hüseynov “Şou məkan” verilişində deyib.
Sənətçi övladlarını efirə çıxartmağa qarşı olduğunu deyib:
“Övladlarımın ikisi də İngilis dilli məktəbə gedirlər. Qızım iştirak etdiyi müsabiqədə birinci yerə çıxdı. İkinci yerə isə oğlum. Mənim 10 yaşlı qızım respublika üzrə rəssamlıq müsabiqəsində birinci yerin sahibi oldu. Onun çəkdiyi rəsmləri göstərsəm, inanmazsız ki, bunu 10 yaşlı uşaq çəkib.
İmkanım da çata bilər ki, övladlarımı tapşırım. Heç vaxt belə şey etmərəm. Qoy, uşaqlıqdan öyrənsin ki, əziyyət çəkməlidir və hamı eynidir. Atam yol polisinin rəis müavini olub. Heç vaxt onun adından istifadə etməmişəm. Əvvvəllər yola çıxanda deyirdilər ki, Tofiqin oğludur, indi deyirlər ki, Aslanın atasıdır.
Azərbaycanda belə şeylər var ki, müğənnidir, övladının səsi olmasa da, məcbur oxutdurur. Qoy, uşaq öz yolunu tapsın. Nə məcburdur?”.
Aslan xarici görünüşündə dəyişiklik edən həmkarlarını qınayıb:
“Dostum zəng vurub deyir ki, Aslan, yenilik et də: qaşlarını al, saçlarını rənglə. Deyirəm, sən mənim dostumsan, düşmənimsən? O nə təklifdir mənə edirsən?! Mən illərdir səhnədəyəm, heç saç düzümümü də dəyişməmişəm. Qaşımı alsam, saçım sarı olsa, guya mənim mahnılarıma daha çox qulaq asacaqlar? Əskinə mənə nifrət edəcəklər".
Xəbəri paylaş
1 0468 dəfə oxunub.
Digər xəbərlər

30-08-2016, 14:20
Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB
13-09-2016, 15:06
Azərbaycanın ən məşhur uşağı olan Banu atası ilə - FOTOLAR
28-03-2015, 16:06
Islamda qadın
22-01-2016, 14:38
Daha bir azərbaycanlı “O səs Türkiyə”ni tərk etdi – VİDEO
19-12-2015, 09:29
Bakıda 29 yaşlı kişi qətlə yetirildi
26-05-2016, 18:59
İrəvan təxribatçı əməllərlə məşğuldur - XİN
28-09-2017, 18:16
Azərbaycanlı müğənni 11-ci dəfə əməliyyat olunacaq - VİDEO
16-04-2018, 15:53
Silinmiş foto və videoları təkrar yükləmək mümkün olacaq - "WHATSAPP"DAN YENİ FUNKSİYA
26-06-2016, 11:51
Şakira furbolçu ilə belə zarafat etdi - Foto
13-07-2019, 18:30
ATV prezidentinin hesabından külli miqdarda pul YOXA ÇIXDI