Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polislər xidmət vaxtı dəhşətli qəzaya düşdü: ölən və yaralanan var
Tarix: 19-11-2017 | Saat: 10:12
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Dünən axşam saatlarında Sabirabadda polislərin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.Hacıqabul-Bəhramtəpə yolunun 21-ci kilometrliyində, Şəhriyar kəndi ərazisində elektrik dirəyinə çırpılan 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015”də olan polislər həmin vaxt xidmətdə olublar. Belə ki, axşam saatlarında rayon polis şöbəsində növbəni təhvil verməyə gedən polis serjantı, 1983-cü il təvəllüdlü Cavadov Nicat Əlimirzə oğlu və sürücü, polis baş leytenantı 1988-ci il təvəllüdlü Sultanov Şəhriyar Əhliyar oğlu dumanlı hava şəraitində qəzaya düşüb. Sürüşkən yolda idarəetmədən çıxan avtomobil yolun əks istiqamətinə keçib və kənardakı dirəyə çırpılıb. 34 yaşlı N.Cavadov hadisə yerində vəfat edib. Şəhriyar Sultanov isə xəstəxanaya aparılıb.
 
 
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
*****
 
18 noyabr
 
Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu,  xəsarət alan isə sürücü polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.   
 
Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.  
 
***** 20.38
 
Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  
 
Qəzanın səbəbləri araşdırılır.





Xəbəri paylaş

1 3108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___