Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır-Tikilən belə “obyekt”lərdən xəbərsiz olmaları isə...
Tarix: 17-11-2017 | Saat: 16:20
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər


Xəzər Universitetinin qabağında, Məhsəti küçəsi boyunca, “Zəngi” litseyinə doğru olan yaşıllıq zolağının içində “domik”lər qoyulur.

Bu barədə Faktinfo.az-a verilən məlumatlarda sual xarakterli fikirlər də var. Ağacların arasında tikilən “domik”lərin həqiqətən yaşıllıqların qırılmaması hesabına başa gəlirmi, həmçinin həmin “domik”lərə gələn insanlara göstərilən xidmət ətraf binada yaşayan sakinlərin narazılığına səbəb olmayacaqmı -deyə soruşulur.
Faktinfo.az onu da xatırladır ki, neçə illərdir Nizami rayonunda Q.Qarayev prospektində, eləcə də Xətai rayonu Məhəmməd Hadi küçəsi boyunca tikilən “obyekt”lərin sayı “yağışdan sonra çıxan göbələk” kimi çoxalır. Hər iki prospekt boyunca, həmçinin digər prospektlərdə tikilən belə “obyekt”lərin yaşıllıqların qırılmaması hesabına ərsəyə gəlməsi inandırıcı görünmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  aidiyyəti idarələrinə rəhbərlik edən vəzifəli şəxslərinin prospektlərdə ticarət məqsədi ilə tikilən belə “obyekt”lərdən xəbərsiz olmaları isə ağla batan deyil.
 ETSN qiymətli ağacların qırılmasına dair apardığı mübarizə isə hesab edirik ilk növbədə mühüm olan prospekt və yollardan başlamalıdır. Çünki, bütün ictimai nəqliyyat növlərinə aid avtomobillər dizel yanacağından istifadə etməklə, küçə boyunca hərəkət edir. Bu isə atmosferə insan orqanizmi üçün zərərli olan, havada gec sovrulan – nitrit oksid emissiya buraxılması ilə yekunlaşır.
Xərçəng xəstəliyindən başlamış, onlarla digər xəstəliyə yoluxma təhlükəsini  zərərsizləşdirə bilən isə yol kənarında yaşıllıq zolaqlarıdır.Məhz buna görə də  qiymətli şam və digər ağacların qırılmasına dair ciddi mübarizə  elə prospektlərdən başlamalıdır.
Araşdırmalarımız davam edir.
Faktinfo.az





Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___