Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xətai rayonunda idman meydançası satılıb
Tarix: 17-11-2017 | Saat: 16:17
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Xətai rayonu Neapol-15 ünvanında yerləşən idman meydançasının ərazisi hələlik adı məlum olmayan tikinti şirkətinə satılıb.

Bu barədə Faktinfo.az saytına ətraf ərazidə yaşayan sakinlər məlumat veriblər.4 yaşayış binasının əhatəsində yerləşən və həmin ərazidə yaşayan uşaqların yeganə idman və əyləncə yeri olan meydança metal təbəqə ilə hasarlanıb və  orada 2 bloklu, 16 mərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub,bu məqsədlə binanın özülü də qoyulub.
 Onu da qeyd edək ki, tikinti işləri ərazidə yerləşən 90 saylı MİS-in 30, akademik Zərifə Əliyeva adına uşaq bağçasının 10 metrliyində həyata keçirilir. Maraqlısı isə odur ki, burada tikinti işləri yalnız gecə saatlarında aparılır. Digər tərəfdən  tikintinin hansı şirkət tərəfindən və nə məqsədlə aparıldığı barədə ətrafda heç bir lövhədə məlumat yerləşdirilməyib.
  Bu yerdə təbii sual ortaya çıxır: Əgər sözügedən ərazidə tikinti işləri qanuni şəkildə həyata keçirilirsə, Fövqəladə Hallar, Vergilər Nazirlikləri , Bakı şəhər İcra Hakimiyyəti və digər qurumlarla razılıq əldə olunubsa, sənədləşmə işləri qaydasındadırsa, nədən tikinti işləri yalnız gizlin şəkildə gecələr həyata keçirilir?
 Yuxarıda qeyd edildiyi kimi, tikintinin aparıldığı ərazi Xətai rayonunda yerləşir. Görəsən, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun necə, bu işdən xəbəri varmı?
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin elektron ünvanına sorğu göndərsək də, cavab ala bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.
Faktinfo.az






5898 dəfə oxunub.

Digər xəbərlər
07-05-2021
bütün xəbərlər
____ Instagram ___