Niyə seyidlərin adlarinin əvvəlinə “mir” artırılır?
Tarix: 17-11-2017 | Saat: 13:11
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Hazırda dünyada onmilyonlarla seyid yaşayır. Bunlardan bəzisi İmam Həsənin (a) nəslindəndir və “şərif” adlandırılır, digər qismi isə İmam Hüseynin (a) və onun (ə) məsum övladlarının nəslindəndir və “seyid” adlandırılırlar. Yəni onlara adlarını çəkməzdən əvvəl nəsəblərinə ehtiram əlaməti kimi “Şərif” və ya “Seyid” - deyə müraciət olunur. Lakin bəzi ölkələrdə, məsələn, Hindistan, Pakistan, Türkiyə, o cümlədən bizim Azərbaycanda yaşayan bir çox seyidlərin adlarına “Mir” prefiksi əlavə olunur. Məsələn, Mirəli, Mircavad və s. Bunun kökü haradan gəlir?
Məlum olur ki, “mir” ərəb dilindəki “əmir” sözündən götürülüb və mənası “başçı”, “rəhbər”, “əmr sahibi” və s. deməkdir. “Əmir” titulu Peyğəmbər (s) nəslinin nümayəndələrinin adlarına 11-13-cü əsrlərdən etibarən əlavə edilməyə başlayıb. Bu yolla bu mübarək nəsildən olmayanlar seyidlərə öz ehtiramlarını bildirmək istəyirdilər.
Sonradan söz ixtisarlanaraq, “mir” halını aldı və birbaşa adın əvvəlinə artırılmağa başladı. Məsələn, Seyyid Mirəbulfəth Gürgani (əllamə) və ya Seyyid Mirəli ibn Şəhab Həmədani (zamanın məşhur arifi) və s.
Səfəvi dönəmində isə xüsusilə hörmətli seyidlərə hətta “Mir Miran”, yəni “əmirlərin əmiri” deyə müraciət olunurdu.
Peyğəmbərin (s) mübarək nəslinə sevgi və ehtiram dünyanın dord bir yerində bu gün də yaşamaqdadır. Allah cəmi seyidlərə bu nəcib irsi layiqincə daşımağı nəsib eləsin, inşəallah!
(Mənbə: “Titles of Sayyeds” // Al- Sayyid Sadiq Al- Hossaini Al- Eshkevari)
Leyla Abbasova
Xəbəri paylaş
1 3638 dəfə oxunub.
Digər xəbərlər

16-07-2016, 12:51
Azərbaycan prezidenti Türkiyədəki hadisəni pislədi
13-02-2018, 17:09
Quranın bütün bəşər üçün nazil olması nə məna daşıyır?
12-01-2018, 12:12
Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
10-05-2016, 08:58
Elçibəyin Heydər Əliyev barədə səmimi sözləri
23-07-2016, 14:33
Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin
1-05-2021, 17:41
"Dubay qalmaqalı"nın qəhrəmanı həbsdən çıxdı: CİNSİ ƏLAQƏ QALMAQALI
18-03-2017, 14:21
Məktəb direktorları belə seçiləcək - YENİ QAYDALAR
18-06-2017, 08:52
Gecələr yata bilmirsiz? - Bu üsullara əməl edin
30-11-2016, 16:01
Cavid Qurbanov xanım jurnalisti rəis təyin etdi