Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızlar,10 dəqiqəyə ƏRƏ GETMƏK MÜMKÜNDÜ- DİQQƏT!
Tarix: 14-11-2017 | Saat: 16:29
Bölmə:Karusel / Maraqlı | çapa göndər


10 dəqiqəyə necə evlənmək olar?

Azərbaycanlı bloger maraqlı sual və onun cavabı ilə bağlı şəxsi boqunda (samrastravel.wordpress.com) yazı paylaşıb. Yazısında Gürcüstana səhayətindən danışan bloger Siqnaxi şəhərində 10 dəqiqəyə evlənməyin mümkün olduğunu bildirib:
“Siqnaxi Gürcüstanın şərqindəki Kaxeti vilayətində kiçik bir şəhərdir. Bütün dünyada “City of Love” – “Sevgi şəhəri” kimi tanınır. Bir çox cütlüklər Siqnaxini romantik yer hesab edir və burada evlənir. Siqnaxinin özəlliyi həm də odur ki, dünyanın istənilən ölkəsindən olan insanlar burada heç bir xüsusi sənəd və müraciət olmadan 10 dəqiqəyə evlənə bilərlər. Siqnaxidəki nigah idarəsi beynəlxalq statusa malikdir. Dünyanın istənilən ölkəsindən hər kəs bura gəlib, sadəcə pasportunu təqdim etməklə evlənə bilər. Bu nigah dünyanın hər yerində tanınır, qəbul olunur, sadəcə, nigah şəhadətnaməsini təsdiqlətdirmək, apostol almaq lazımdır. Onu da Tbilisidə “Justice House”da, Azərbaycanda isə “Asan xidmət”də təxminən 1 saata etdirmək mümkündür.
Prosesin qısa izahı:
Siqnaxiyə gedib, şəhər mərkəzində düşürsünüz.
Nigah idarəsi şəhərin mərkəzində yerləşir.
Həftə içi 5 gün səhər saat 10-dan axşam saat 5-ə qədər işləyir.
Əvvəlcədən heç bir görüş və vaxt təyin etməyə ehtiyac yoxdur.
Yaxınlaşıb deyirsiniz ki, evlənmək istəyirik.
Sizdən pasportunuzu təqdim etməyinizi xahiş edirlər.
Üstəlik 52 lari (20 dollar) ödəməyiniz xahiş olunur.
Bu nə rüşvət nə də əlavə ödəniş deyil.
Bu pula xidmət haqqı, nigah salonunda şampan şərabı və musiqi daxildir.
Pasportunuzu alırlar, vacib məlumatları qeyd edib qaytarırlar.
Sonra sizdən şahid tapmağı xahiş edirlər.
Əgər əvvəlcədən müəyyən olunmuş şahidiniz yoxdursa, oradakı turistlər yaxud binanın qarşısındakı taksi sürücüləri şahidiniz ola bilər.
Şahid olmağı xahiş etdiyiniz adamlar heç bir ödəniş tələb etmirlər və bunu sevə-sevə edirlər.
Nigah gürcü dilində olur amma əvvəlcədən rus dilində sizə hər şeyi izah edirlər.
Gürcü dilində danışan nigah məmuruna istədiyiniz dildə cavab verə bilərsiniz.
Nigahdan sonra isə hamı gedir, sizi salonda tək qoyurlar, istdəiyiniz qədər qalıb rəqs edə, şampan içə, şəkil çəkə bilərsiniz.
Daha sonra nigah şəhadətnaməsinin apostolini istədiyiniz vaxtı ala bilərsiniz.
Apostola ehtiyacınız olarsa Tbilisidə “Justice House”da ala bilərsiniz. Apostili Tbilisidə almaq üçün Gürcüstan vətəndaşı, ya da orada yaşamaq icazənizin olmasına ehtiyac yoxdur, Siqnaxidə evlənən hər kəs ala bilər”.


Xəbəri paylaş

8488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___