Millət vəkili: “Hazırda 4,6 min məcburi köçkün ailəsi qəzalı vəziyyətdə olan evlərdə yaşayır”
Tarix: 13-11-2017 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Vaxtı ilə mən Goranboy-Ağdam-Tərtər rayonlarını əhatə edən dairədən deputat olmuşam və oradakı məcburi köçkün olan seçicilərin həyatını çox gözəl bilirəm. Hazırda 4,6 min məcburi köçkün ailəsi qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Yəni, hər zaman onların həyatı təhlükədədir”.
Bunu Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
O qeyd edib ki, Mehriban Əliyeva I vitse-prezident təyin edildikdən sonra bu sahəyə diqqəti artırıb: “Bu istiqamətdə “Paşa Holding”in fəaliyyəti də təqdir olunmalıdır. “Paşa Holding” qaçqınlar üçün evlər tikir. Məndə olan məlumata görə, Mehriban Əliyevanın çağırışına əsasən bəzi sahibkarlar da qaçqınlar üçün evlər alır. Qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan cəmi 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, keçən ilki vəsaitdən də azdır. Burada qeyd olunur ki, 42 milyon manat xarici kreditlər hesabına da bu istiqamətdə vəsait yönəldiləcək. Soruşmaq istəyirəm ki, bu 42 milyon manatı kim və hansı hesabdan götürəcək və mənzil tikintisinə bu vəsait necə yatırılacaq?”.
Deputat yeni idman obyektlərinin tikintisinə 244 milyon manat vəsaitin ayrıldığını xatırladaraq deyib ki, bu, prioritet olmamalıdır: “Prioritet 25 ildən artıq dözülməz vəziyyətdə yaşayan qaçqınlar üçün normal mənzil şəraitinin yaradılması olmalıdır”.
Xəbəri paylaş
6668 dəfə oxunub.
Digər xəbərlər

10-11-2020, 11:54
Prezidentin bu çıxışı internetdə izlənmə rekordu qırır - VİDEO
6-11-2015, 21:05
Mərkəzi Bank valyuta ehtiyatlarının yarıdan çoxunu itirib
2-11-2016, 11:11
Yol polisi reydlərə başladı: Cərimələr
6-02-2021, 10:47
Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…
25-03-2022, 16:00
Onlar üçün qayda yoxdur: Bakıda moped sürücülərinin küçə “şou”su - VİDEO
10-09-2021, 10:43
Ərinin bir sözünə görə 43 ildir mağarada yaşayır - FOTOLAR
30-01-2021, 22:28
Qəbiristanlıqda yeni doğulmuş körpə meyiti tapıldı - Azərbaycanda
8-03-2017, 09:21
Azərbaycanda kişi böyrəyini 8 Martda yoldaşına hədiyyə etdi-VIDEO
14-11-2021, 12:07
“Muğanbank”dan istiqraz dələduzluğu: Yüzlərlə insan aldadıldı - FOTO
26-04-2016, 20:58
Rusiya: "Türkiyə ilə əlaqələrimiz düzəlməyəcək"