Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əhmədlidə arvadını qətlə yetirən Masallı sakini 10 il cəza alıb – FOTO
Tarix: 11-03-2015 | Saat: 23:21
Bölmə:Karusel / Hadisə / Fotogalereya / Aktual | çapa göndər

Əhmədlidə arvadını qətlə yetirən Masallı sakini 10 il cəza alıb – FOTO
Şükürov arvadının ona xəyanət etməsindən şübhələnib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini Elsevər Şükürovun (1981-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeberaz.az xəbər verir ki, 2014-cü il iyulun 21-də Əhmədli qəsəbəsində, 7-ci Əhmədli küçəsindəki 28 saylı evin qarşısında Elsevər Şükürov həyat yoldaşı, 32 yaşlı Rəqsanə Şükürovanı bıçaqlayaraq öldürüb. Sonra isə Xətai RPİ 34-cü polis bölməsinə gələrək könüllü təslim olub və qısqanclıq zəminində arvadını qətlə yetirdiyini bildirib. O, cinayətdə istifadə etdiyi bıçağı da polisə təhvil verib. Dərhal sonra hadisə yerinə RPİ və 34-cü polis bölməsinin əməkdaşları, həmçinin rayon prokurorluğunun müstəntiqi cəlb olunublar. Mərhumun meyiti küçədə aşkar edilərək müayinə üçün məhkəmə-tibbi ekspertizasının rayon şöbəsinə göndərilib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Elsevər Şükürov bildirib ki, həyat yoldaşı ilə bir neçə gün əvvəl Masallı rayonundan sözügedən ünvana kirayə yaşamaq üçün köçüblər, aralarında narazılıqlar əvvəllər də olub. Şükürov arvadının ona xəyanət etməsindən şübhələnib, lakin əlində əsas olmadığından onu izləməyə başlayıb. Onun sözlərinə görə, Rəqsanənin kiminləsə telefonla danışdığını eşitsə də, kim olmasını müəyyən edə bilməyib. Hadisə günü Elsevər yenidən arvadından təkidlə kiminlə danışdığını öyrənməyə çalışıb, lakin sonuncu heç kimlə əlaqə saxlamadığını deyib, sonra isə əsəbiləşərək evdən çıxıb. Rəqsanəni təqib edən Elsevər tində onu saxlayaraq, mətbəxdən götürdüyü bıçaqla çoxsaylı zərbələr vurub. Qadın əlindən çıxmağa cəhd göstərsə də, o niyyətini başa çatdırıb.

İstintaqın gedişatında məlum olub ki, ailənin nikahdan olan iki azyaşlı uşaqları rayonda onların qohumlarının himayəsində yaşayırlar.

Məhkəmə prosesində Elsevər Şükürov ittiham üzrə özünü təqsirli hesab edib, əməlindən peşman olduğunu bildirib.

Tədqiq edilmiş mötəbər sübutlara əsaslanan məhkəmə qənaətə gəlib ki, E.Şükürovun CM-nin 120-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Xəbəri paylaş

1 2488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___