Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Orman ayrı, dərman ayrı...
Tarix: 07-11-2017 | Saat: 09:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Hər gün şəhər evlərinin, binaların qarşısında müxtəlif satış elanları eşitmək olar. "Bazar iqtisadiyyatı"nın həyatımıza gətirdiyi küçə ticarəti getdikcə mağaza vitrinləri və bazar piştaxtalarını evlərimizin kandarına qədər aparıb. İndi müxtəlif yaşayış məhəllərində əlində müxtəlif bağlamalar, iri zənbil və arabalarla alver edənlər görmək elə də təəccüblü hal deyil.
Hətta son illər ana təbiətimizin yaşıl aptekinin bir sıra bitki və otları küçə ticarətində satılan məhsullar sırasında yer alıb. Əslində burada elə bir qəbahət yoxdur-müalicəvi bitki və otların satılması təbii şeydir. İntəhası, burada bir sıra məqamlar var ki, onları mütləq nəzərə almaq lazımdır.
Məsələ burasındadır ki, bu gün bazara müalicəvi təsirə malik dərman bitkisi kimi çıxarılan həmin bitki və otların hər birinin özünəməxsus yığılma dövrü, qaydası, qurudulma və saxlanılma xüsusiyyətləri vardır. Həmin qaydaların hər hansı birinə düzgün əməl edilməməsi bitkinin şəfaverici xüsusiyyətini şübhə altına alır.
Ölkəmizi demək olar ki, hər bölgəsində daşların, qayaların arasında kəklikotu bitir. Onun təkcə Azərbaycanda 24, Qafqazda 53, MDB-də 172, dünyada 417 növü var. Uzun illər fitoterapiya ilə məşğul olan mütəxəssislərin dediyinə gör, müalicə məqsədilə onun yalnız iki növündən istifadə olunur. Belə olan şəraitdə daşın-qayanın içindən əlinə keçəni dərman adına yığıb satmaq nə dərəcədə düzgündür?
Yaxud xalq təbabətində ən geniş yayılmış bitkilərdən olan əvəliyin 17 növü var. Lakin onlardan yalnız adi, qalxanvari, cütyarpaq və Alp əvəliyi müalicə məqsədilə işlədilə bilər. Qırxbuğumun 27 növündən 2-si-müxtəlifyarpaq və yolotu növləri dərman kimi qəbul olunub.
Bağayarpağının dünyada 250, Azərbaycanda 13 növü bitir və onlardan üçünün dərman əhəmiyyəti var. Mədə xorasının müalicəsində iri bağayarpağı, boyun ağrısı zamanı neştərvari növündən istifadə edilir. Müxtəlif mədə-bağırsaq xəstəlikləri zamanı əzvayın bütün növləri yox, ağacvari növü dərman kimi tətbiq edilə bilər.
Elə bitkilər var ki, şəfaverici xüsusiyyəti ilə yanaşı, həm də zəhərlidir. Məsələn, xanımotu spazmolitik təsirə malikdir, qan təzyiqini aşağı salır və s. Lakin eyni zamanda toksiki təsir göstərir. Eyni sözləri dəmrovotu haqqında da demək olar. Dəmrovotunun çiçəkləri dəri xəstəliklərində tətbiq olunan əvəzsiz şəfa mənbəyidir, digər xəstəliklər zamanı da ondan geniş istifadə olunur. Bununla birlikdə bitkinin zəhərli təsirə malik olduğunu da nəzərdən qaçırmaq olmaz. Dərman bitkilərindən erkək qıjı, üskükotu, acı badam, dəlibəng, kəpənəkçiçək, may inciçiçəyinin də tərkibində alkoloidlər olduğuna görə həm müalicəvi, həm də zəhərli təsirləri var.
Müalicəvi dərman bitkilərinin nə vaxt yığılması da çox mühüm əhəmiyyət daşıyır. Məsələn, itburnunun şəfaverici xüsusiyyətləri çoxlarına məlumdur, lakin onun nə vaxt istəsən dərmək olmaz. Mütəxəssislər itburnu meyvələrini yalnız tam yetişəndən sonra dərdikdə faydalı olduğunu söyləyirlər. Bitki meyvələrinin həmin müddətdən əvvəl və sonra yığılması onun müalicəvi əhəmiyyətini azaldır. Ağ akasiyanın çiçəkləri müalicəvi, kök və qabıq hissələri isə zəhərli təsirə malikdir.
Azərbaycan təbiəti müalicəvi ot və dərman bitkiləri ilə zəngindir. Lakin onların müalicəvi keyfiyyətlərindən xəbərsiz halda dağda, bağda, çəməndə, ormanda rastına nə çıxanı, əlinə keçəni yığıb dərman adına satmaq olmaz. Necə deyərlər, orman ayrı, dərman ayrı...
Son vaxtlar hətta bazar və yarmarka piştaxtalarında da müalicəvi bitki və otların satışı ilə rastlaşmaq mümkündür. Əlbəttə, onların tibbi əhəmiyyətini və şəfaverici gücünü heç kim danmır. Amma yaxşı olar ki, bitkilərin toplanması və satışı ilə bu sahədən başı çıxan, bağayarpağı ilə quzuqulağını, ətotu ilə kəkotunu ayırd etməyi bacaranlar məşğul olsun. Əks halda həmin bitki və otların şəfasindan çox cəfası ilə üzləşmək olar.(azərtac)


Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___