Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verildi – QİYMƏTLƏR
Tarix: 06-11-2017 | Saat: 14:23
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


Gələn il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib.
 
Noyabrın 6-dan 2017-ci il dekabrın 31-dək həm xarici, həm də yerli avtoyürüş həvəskarları biletləri 20% endirimlə əldə edə biləcəklər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur.
 
İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.
 
Bu kampaniya ərəfəsində ayaqüstü zonalara birgünlük bilet almaq da mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü - 100 AZN, bazar günü üçün 150 AZN-dir.
 
1 yanvar 2018-ci il tarixdən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlərlə aparılacaq, yerli sakinlər üçün isə nəzərdə tutulmuş 25%-lik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___