3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ
Tarix: 06-11-2017 | Saat: 13:59
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda 8 ay əvvəl küçəyə atılan 3 azyaşlı barədə yeni xəbər var. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Vasif Akiflinin verdiyi məlumata görə, artıq uşaqlar üzərində qəyyumluq hüququ ana Xəyalə Kərimovadan alınıb.
V.Akifli bildirib ki, uşaqlar üzərində qəyyumluq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Azyaşlılar hazırda Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayırlar və vəziyyətləri yaxşıdır.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını öz anasının öhdəsinə qoyaraq, başqa kişiyə qoşulub qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları sonradan nənə də küçəyə atmışdı.
3 azyaşlı küçədə baxımsız və kimsəsiz şəkildə polis tərəfindən aşkarlanaraq, Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.
Qeyd edək ki, Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri ata bir dəfə də olsa aliment ödəməyib və uşaqları ilə maraqlanmayıb.
Xəbəri paylaş
1 0698 dəfə oxunub.
Digər xəbərlər

12-06-2015, 13:14
Azərbaycanda işsizlərin sayı açıqlandı – RƏSMİ
9-04-2017, 19:32
Hamı bu azərbaycanlı qızdan danışır - FOTOLAR
26-10-2015, 22:46
Avtobusdan düşən qadını maşın vurdu
9-01-2016, 18:21
Güclü külək Leriki işıqsız qoyub
1-04-2016, 16:09
Plastlindən animasiya personajı yaradan azərbaycanlı rekordlar kitabına düşdü-(VİDEO)
19-02-2017, 11:37
Bakıda 12 yaşlı qızı küçəyə atdılar - "Nə qədər yalvarsam da..."+VİDEO
23-12-2022, 12:00
Küçədə tapılan üç aylıq körpənin anası: “14 yaşım olanda 22 yaşlı oğlanla görüşmüşəm”