Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ötən ay 30 əcnəbi Naxçıvandan çıxarılıb
Tarix: 04-11-2017 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ötən ay 30 əcnəbi Naxçıvandan çıxarılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti bu ilin oktyabr ayı ərzində xidmət miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirib.
Naxçıvan Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, ötən ay xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 30 əcnəbi aşkarlanıb. Onlardan 26-sı barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərketmə, 4-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan vətəndaşları tərəfindən 778 müraciət daxil olub. Bu müraciətlərdən 151-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 627 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 252-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___