Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
“Ağsaqqallar Qurbana öz xeyir-duasını verəcək” – MÜSAHİBƏ
Tarix: 4-11-2017, 10:33 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər


AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi
 
- Əvvəlcə Qurban Qurbanovun milli komandanın baş məşqçisi postuna təyinatına münasibətinizi bildirərdiniz...
- Yetkinliklə qərar qəbul olundu. Bizim bir namizədimiz var idi, o da Qurban Qurbanov. Öz aramızda müzakirə aparanda “Qarabağ”ın marağını da qorumağa çalışdıq. Qurban Qurbanov bildirdi ki, yığmada çalışmaq hər bir məşqçi üçün şərəfdi və mən də Azərbaycan futboluna xeyir verməyə çalışacam. Özü dedi ki, imkan varsa, hələlik hər iki yerdə işimi davam etdirim. Ondan sonra bu məsələ ilə bağlı müzakirə apara bilərik. “Qarabağ”ın oyunçularının 65-70 faizi hazırda milli komandaya dəvət alırlar. Bəlkə də, bundan sonra daha çox olacaq. Ən çox xoşuma gələn o oldu ki, AFFA prezidenti Rövnəq Abdullayev yeni baş məşqçinin ətrafında birləşməyin vacibliyini vurğuladı. Hər birimizdən xahiş etdi ki, Qurban Qurbanova dəstək olaq və onunla birlikdə futbolumuza xeyir gətirməyə çalışaq.
 
- Eyni anda iki yerdə işləmək onun özünə çətin olmayacaq?
- İstər-istəməz çətin olacaq. Sıx qrafiq göstərildi. 2018-ci ildə Millətlər Liqasının 6 həlledici oyunu keçiriləcək. Bundan başqa, 2019-cu ilin mart-noyabr aylarında AÇ-2020-nin seçmə mərhələ matçları olacaq. Yəni qarşıdakı iki il yığmamız üçün ən çətin dövr olacaq. Qurban Qurbanov bunu yaxşı dərk edir.
 
- Belə başa düşmək olarmı ki, bir müddət sonra Qurban Qurbanov “Qarabağ”dan ayrılacaq?
- Biz üstün olan “Qarabağ” layihəsinin də qarşısını almaq fikrində deyilik. “Qarabağ”ı bütün Avropa tanıdı. Bu komanda ölkəmiz, eyni zamanda idmanımız üçün böyük işlər görür. Onlar böyük təbliğat aparırlar. Bunun qarşısını isə heç kim almaq istəmir. Ancaq deməliyəm ki, Qurban Qurbanovun milliyə təyinatı müvəqqəti deyil. Rövnəq Abdullayev tərəfindən bildirildi ki, ən azı 2024-cü ilə qədər strateji plan işlənilməlidi. Bu planda Qurban Qurbanov amili çox vacibdi. İstərdik ki, o, “Qarabağ”da gördüyü işləri yığmada da təkrarlasın və Avropada milli layihəsi də həyata keçsin.
 
- AFFA prezidenti qeyd etdi ki, “Qarabağ” millinin əsas bazası olacaq. Gələcəkdə digər klublardakı yığma üzvlərinin də Ağdam klubuna keçidini gözləmək olarmı?
- Bu, sırf baş məşqçinin öhdəsinə düşən qərardı. Mən həmişə demişəm ki, çıxış yollarından biri yığmaya təkan verən baza klubun yaradılmasıdı. Artıq bunu həyata keçirdik. Həmin baza klub bu gün Avropada uğurlu nəticələr əldə edir. Bu klub elə-belə, kağız üzərində yaradılmayıb. Belə bir qərar qəbul olunub ki, bu işin davamını gətirək və gücə güc qatmaqla daha uğurlu nəticələr əldə edək. Ancaq futbolçuların hansı klubda çıxışı məsələsi baş məşqçiyə aiddi. Məşqçilər Komitəsinin də yeni baş məşqçi ilə görüşünü planlaşdırırıq. Ağsaqqallar Qurbana öz xeyir-duasını verəcək.
 
- “Qarabağ”ın “Atletiko” ilə oyunlardakı uğurlu nəticələrindən sonra artıq hər kəs millimizdən Millətlər Liqasında yer alacağı divizionun qalibi olmasını tələb edir. Bu, indiki vəziyyətdə nə qədər real görünür?
- Bu reallığı bizlər yaradırıq. “Çelsi”yə 0:6 hesablı məğlubiyyətdən sonra bu reallığa, bəlkə də, heç kim inanmırdı. Ancaq mən demişdim ki, böyük bir faciə deyil, nəticə qaneedici olmasa da, oyun göstərdi ki, komanda gələcəkdə mütləq xallar qazanacaq. İnanıram ki, Qurban Qurbanovun rəhbərliyi altında yığmamız da o uğurları əldə edəcək. Hər şeydə zamana ehtiyac olur. Qurbanı yaxşı tanıyırıq, işgüzar və ən vacibi, haqqın tərəfdarı olan insandı. Onun üçün futbolçunun hansı klubda oynamasının fərqi yoxdu. Güclü olanlar yığmaya dəvət olunacaqlar. Millidə onun fəlsəfəsinə cavab verən futbolçular yer alacaq. İnşallah, klubda olduğu kimi, yığma səviyyəsində də bizi sevindirəcək. Nəticə birdən-birə olmur. Bunun üçün çox işləməli və hamımız Qurban Qurbanovun ətrafında birləşib, Azərbaycan futbolu üçün çalışmalıyıq. Uğuru hər birimiz istəyək. Niyyətimiz olan yerə hamımız birlikdə çatarıq.

1968 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___