Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı aparıcı Türkiyədə nişanlandı- Fotolar
Tarix: 01-07-2015 | Saat: 21:00
Bölmə:Karusel / Şou-Biznes / M2 / Foto-fakt | çapa göndər

Azərbaycanlı aparıcı Türkiyədə nişanlandı- Fotolar


ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova ailə qurmağa hazırlaşır.


Xeberaz.az
xəbər verir ki, bu barədə ölkə.az-a Məmmədova özü məlumat verib. Hazırda Türkiyədə yaşayan keçmiş teleaparıcı Özgür adlı şəxslə nikah masasına oturacaq:

“Dünən nişanımız oldu. Türkiyə vətəndaşıdır və yaşıdıq. Azərbaycanlı deyil, türkdür və iş adamıdır”.

G.Məmmədova gələcək həyat yoldaşı ilə tanışlıqları barədə də danışıb:

“Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zamana arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun”.

Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də “Kamerton”, “Xonça” kimi verilişlərin aparıcısı olub.






Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___