Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda məktəbdə RƏZALƏT: Direktor 12 yaşlı qızı...
Tarix: 01-11-2017 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Xaçmaz rayonunun Arzu kəndində məktəb direktorunun 12 yaşlı şagirdə qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı polisdə araşdırma aparılır. Xaçmaz rayon Polis Şöbəsindən məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov barəsində 12 yaşlı qızın valideyni polisə müraciət edib. O, direktorun əxlaqsız hərəkət etdiyini və məsələyə hüquqi qiymət verilməsini xahiş edib.
 
Müraciət əsasında polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb.
 
Xaçmaz rayon Təhsil Şöbəsindən isə bildirilib ki, direktor G.Alxasov işinin başındadır və fakta hüquqi qiymət verildikdən sonra onun karyerası barəsində qərar veriləcək.
 
Qeyd edək ki, hadisə barəsində ilk olaraq istipiress.az məlumat yayıb. Bildirilib ki, direktor 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə edilən məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.(lent.az)


Xəbəri paylaş

1 2248 dəfə oxunub.

Digər xəbərlər
13-02-2017, 21:55 Sofya'nın kralı Dimitrov

bütün xəbərlər
____ Instagram ___