Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daşkəsəndə baş verən meşə yanğını söndürüldü - YENİLƏNDİ
Tarix: 31-10-2017 | Saat: 10:29
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Daşkəsəndə baş verən meşə yanğını söndürüldü - YENİLƏNDİ
Daşkəsən Rayon İcra Hakimiyyəti oktyabrın 30-da saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, meşə yanğınının sahəsi küləyin güclü olması nəticəsində daha da genişlənərək alovlanıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon mərkəzindən 26 km uzaqlıqda baş vermiş yanğın hadisəsi ilə bağlı operativ qərargah yaradaraq tapşırıqlar verib, dərhal hadisə yerinə gedib.
Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və işçiləri, Rayon İcra Hakimiyyətinin qərargah üzvləri, idarə və müəssisə rəhbərləri, Dəstəfur kənd, Zinzahal kənd icra nümayəndəliklərinin və bələdiyyələrinin işçiləri yanğının söndürülməsi üçün ərazidə olublar. İqlim şəraitinin sərt, soyuq olmasına, güclü külək əsməsinə baxmayaraq, yanğının söndürülməsi üçün operativ tədbirlər görülüb. aidiyyəti üzrə nazirliklərə, xüsusilə də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə dərhal yanğın haqqında məlumat verilib. Yüksək dağ ətəyində yanan meşənin daha tez söndürülməsi məqsədilə yanğınsöndürmə avtomobilləri həmin əraziyə yaxınlaşa bilmədiyi üçün helikopterdən istifadə olunması qərargah tərəfindən məqsədəuyğun hesab olunub.
Yanğının baş verdiyi meşə zolağı ilə Daşkəsən rayonunun Dəstəfur və Kollu kəndlərinin yaşayış evləri yaxın olduğu üçün alovun yaşayış evlərinə keçməsinin qarşısı cəsarətlə vaxtında alınıb. Yanğınla əlaqədar ərazidə yaşayan bir neçə sakinə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilib.
Yanğın baş verən ərazidə icra başçısı ərazinin sakinləri ilə birgə səhər saat 07 radələrinədək lazımi köməkliklər göstərərək aidiyyəti qurumlarla yanğının qarşısının alınmasını təşkil edib. Yanğın nəticəsində 8 hektardan artıq meşə sahəsi yanıb.
Cəbhə bölgəsində yanğın baş vermiş kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib. Hazırda elektrik enerjisinin verilməsi və rabitənin bərpa olunması üzrə müvafiq işlər görülür.Yanğının başvermə səbəbləri araşdırılır.





4088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___