Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İcra başçısı Kəmaləddin Heydərovdan kömək istədi
Tarix: 31-10-2017 | Saat: 10:12
Bölmə:Karusel / Hadisə | çapa göndər

İcra başçısı Kəmaləddin Heydərovdan kömək istədi
Dünən axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. 
Rayon icra hakimiyyətindən daxil olan xəbərə görə, küləyin güclü olması nəticəsində yanğın daha da genişlənib. İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev baş vermiş yanğın məsələsi ilə bağlı qərargah yaradıb. Ə. Abıyev həmçinin hadisə yerində olub, müvafiq tapşırıqlar verib. 
Xəbərdə qeyd olunur ki, yaxın kəndlərin sakinləri yanğının söndürülməsinə çalışır. “Amma buna baxmayaraq, mütləq aidiyyəti üzrə nazirliklər, xüsusi təyinatlı işçi qrupu tərəfindən yüksək dağ ətəyində yanan meşənin söndürülməsinə yanğınsöndürmə avtomobillərinin yaxınlaşa bilmədiyi yerlərə ancaq helikopter vasitəsilə kömək lazımdır. Hal-hazırda Dəstəfur kənd İƏDÜ nümayəndəliyində qərargah üzvləri yanğına qarşı görüləcək işləri planlı şəkildə həyata keçirir, bu dəhşətli yanğının qarşısını almağa səy göstərərək aidiyyəti nazirliklərdən də köməklik gözləyirlər. 
Hazırda 11 hektardan artıq  meşə ərazisi yanaraq təhlükəli vəziyyət yaranıb. Cəbhə bölgəsində sərhədə yaxın ərazidə bu kəndlərdə  elektrik enerjisi və rabitə əlaqəsi kəsilib, işıqlar sönüb. Amma kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə yanğının qarşısının alınmasına inamla, cəsarətlə çalışırlar və şübhəsiz ki, tezliklə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov lazımi köməklik göstərəcək və aidiyyəti üzrə qurumlara da yanğının qarşısının alınmasına dair müvafiq tapşırıqlarını verəcək”.
***
FHN-in yaydığı xəbərə görə, artıq yanğın söndürülüb. 
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti də yanğının söndürülməsi ilə bağlı məlumat yayıb. Qeyd edilir ki, 30 oktyabr 2017-ci il tarixində axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş vermiş yanğın səhər saat 8 radələrində tam söndürülüb. 
Yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda  güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaratmışdı. Bütün bunlara baxmayaraq Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.
Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
 


Xəbəri paylaş

8298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___