Azərbaycanlı hakimlər Çempionlar Liqasında (FOTO)
Tarix: 01-07-2015 | Saat: 20:39
Bölmə:Karusel / İdman / M2 / Fotogalereya | çapa göndər
FIFA referisi Əliyar Ağayevə daha bir məsuliyyətli vəzifə tapşırıldı
Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi FIFA (Beynəlxalq Futbol Federasiyaları Birliyi) referisi Əliyar Ağayev olacaq.
Xeberaz.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən verdiyi məlumatına görə, bu işdə köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.
Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli olan Ağayev hakimlik fəaliyyətinə 2009-2010-cu il mövsümündə Azərbaycan milli çempionatında debüt etməklə başlayıb. Həmin mövsüm daxil olmaqla ardıcıl 6 ildir hakimliklə məşğul olan FIFA referisi Çempionlar Liqası və Avropa liqası çərçivəsində cəmi 3 oyun idarə edib. Bundan başqa o, 2 dəfə 21 yaşlı gənclər arasında Avropa çempionatı, 1 dəfə isə yoldaşlıq oyunlarında söz sahibi olub.
Kariyeri boyunca 98 oyun idarə edən Əliyar Ağayev, futbolçuları 413 dəfə sarı, 19 dəfə isə qırmızı vərəqə ilə cəzalandırıb.
Xəbəri paylaş
5808 dəfə oxunub.
Digər xəbərlər

12-07-2015, 16:31
Bakının mərkəzi yollarında hərəkət dayanacaq - Diqqət!
8-01-2019, 10:39
Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib - Foto
6-10-2016, 10:03
Bakıda xanım sürücü avtomobilini polisin üzərinə sürdü - VİDEO
29-08-2015, 13:36
Saakaşvilinin köməkçiləri deputatı döyüb qovdular
15-10-2015, 22:45
Avtoşlar mütləq oxusun- Yeni cəzalar
12-02-2018, 11:05
Məşhur xanım idmançımızın evindən 70 min oğurlandı
25-08-2019, 18:14
Məmmədyarov Aniş Qiri ilə mübarizə aparacaq
18-02-2016, 11:27
Zakir Həsənov: "Ankaradakı dəhşətli hadisədən çox hiddətləndik"
11-05-2018, 11:53
Bakıda “Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu