Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tahir Gözəl: Qurban Qurbanovu milliyə buraxa bilərik – MÜSAHİBƏ
Tarix: 30-10-2017 | Saat: 09:45
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər


“Bizim üçün tarixi oyundu. Bu görüşdə qeydə alınacaq hesab “Qarabağ” üçün önəmlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
 
Ağdam klubunun rəsmisi Madrid səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Əməkdaşımızın da iştirak etdiyi müsahibədə Gözəl maraqlı məqamlara toxunub.
 
O, İspaniyadan yaxşı nəticə ilə qayıdacaqlarına ümidlidi: “Madridə əlimizdən gələni etməyə gedirik. İnşallah, səfərdən xalla dönmək istəyirik, arzumuz budu. Böyük həyəcan və inamla yola çıxmışıq. Bakıdakı kimi ilk dəqiqələrdən özümüzə inanaraq oynamaq və xalımızı alıb, dönmək arzusndayıq. Hədəfimiz budu”.
 
- Bakıdakı oyundan sonra Madrid rəsmiləri “Qarabağ” haqda nəsə dedilərmi? Heç-heçə onlara təəccüblü gəlmədi ki?
- Matçdan sonra “Atletiko”nun prezidenti məni gözəl oyuna görə təbrik etdi. Dedi ki, möhtəşəm oynadınız. Sağ olsun, komanda haqda yaxşı fikirlər səsləndirdi və bizi təbrik etdi. İndi bizi səfərdəki qarşılaşma maraqlandırır. Zədəlilərimiz var. Görək, necə olacaq? Hesab edirəm ki, “Qarabağ” Madriddə də gözəl oyunu ilə başımızı uca edəcək.
 
- Bu matçı “Qarabağ” üçün ən ağır oyun saymaq olarmı?
- Çox ağır olacaq. Rəqibimiz az məğlub olan komandadı. Bu il Çempionlar Liqasında yalnız “Çelsi”yə uduzub. Yenilməz klubdu, qarşımızda nəhənglər var. Amma Bakıdakı oyundakı kimi pressinq edə bilsək, sürpriz nəticə ilə qayıtmaq olar.
 
- Bakıda qeydə alınan nəticədən sonra “Atletiko” bu dəfə bizə qarşı daha acıqlı ola bilərmi?
- Məncə, onlar daha hazırlıqlı olacaqlar. Baş məşqçimiz Qurban Qurbanovla görüşdük, ona da bu sözü dedim. Başa düşürəm ki, Bakıda qeydə alınan nəticə “Atletiko” üçün şok idi. Heç kim bunu gözləmirdi. Onlar kimi, biz də bu oyuna hazırıq. Qarşımızda kim olduğunu bilirik.
 
- Bundan sonrakı illərdə “Qarabağ”ın inkişaf trayektoriyasını necə görürsüz?
- İnkişafı cavanlarda görürəm. O gün bir klub rəsmisi ilə söhbət edirdim. Bir-birimizə sual verdik ki, klub nə deməkdi? Dedi ki, biz artıq 5 yaşdan futbolçu götürürük, gələcək burdadı. Xaricdən daha güclü futbolçu gətirməyə bizim heç vaxt gücümüz çatmayacaq. Gəlin, xarici klublarla özümüzü müzakirə edək. “Çelsi”nin büdcəsi 1 milyard dollardan artıqdı. Gələcək özümüzdədi, biz gücü özümüzdə axtarmalıyıq. “Qarabağ”da 9 yaşlı uşaqlar oynayır, bunu 5-ə çevirməliyik. Futbol Azərbaycanda prestij halına gəlməlidi. Futbol oynamaq istəyən cavanlarımız ailələri tərəfindən dəstəklənməlidi. “Qarabağ” klubu da bu öz növbəsində bu məsələyə çox ciddi yanaşmalıdı.
 
- Klub olaraq, gələn il də Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləmisiz?
- Əlbəttə. Burdan geri qayıtmaq istəmirik. Bu illərin Qarabağ üçün siyasi cəhətdən çox həssas illər olduğuna inanırıq. “Qarabağ”ın oyun keyfiyyəti ildən-ilə artır. Bu artım davam etməlidi, amma öz səviyyəmizdə. Çempionlar Liqasının reqlamentində dəyişiklik olub, çox çətinləşdiriblər. Bilmirəm niyə belə ediblər? Hələ də məqsədlərini başa düşmürəm. Bizim kimi klubları dəstəkləmək istəyirlərsə, belə davranmamalıdılar. Çünki bu, bizə kömək etmir. “Roma” və “Atletiko”nun oyununa baxın. Buna rəğmən, “Qarabağ”ın həmişə rəqibi qarşısında şansı var. “Qarabağ”ı artıq bütün dünya tanıyır. Əlbəttə ki, büdcə cəhətdən digərləri ilə müqayisədə kiçik klubdu. Amma artıq özümüzə görə adımız, sanımız var.
 
- Klubun maliyyələşməsi ilə bağlı hansısa problem yoxdu ki?
- Heç bir problem yoxdu. Bütün neft ölkələri kimi, Azərbaycan da böyük çətinliklərdən keçdi. Şükürlər olsun ki, bunun bizə böyük təsiri olmadı. “Azərsun Holdinq” də bu çətinlikdən yaxşı çıxdı. Tam əminliklə deyirəm ki, maddi cəhətdən heç bir əskikliyimiz yoxdu. Bu templə də davam edəcəyik.
 
- “Qarabağ”ın Azərbaycan Premyer Liqasında yenə çempionluğa oynadığı məlumdu. Bəs birincilik uğrunda mübarizədə əsas rəqibləriniz kimlərdi?
- Birinci “Qəbələ”nin adını çəkərdim. Bizə qarşı son matçda, doğrudan da, möhtəşəm oynadılar. Buna görə “Qəbələ”ni təbrik edirəm. Həmin oyun bizə göstərdi ki, rahatlanmaq olmaz. “Neftçi” də son matçlarda özünü doğruldur. Futbolçularla danışmışam, yeni gələnlərlə də bu barədə söhbətimiz olub. Məncə, “Neftçi” də çox güclü rəqib olmağa doğru gedir.
 
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı milli komanda ilə birgə hallanır. Belə bir təklif gəlsə, münasibətiniz necə olar?
- AFFA tərəfdən bizə hələ rəsmi müraciət olunmayıb. Mənim bir şərtim var. “Qarabağ” hamımız, Azərbaycanı sevən hər kəs üçün ən böyük dəyərdi. Bu kluba heç vaxt ziyan dəyməməlidi. “Qarabağ”a zərər gəlməyəcək, əlavə kömək edə biləcək hər təklifə müsbət baxıram. Milli komanda da bizimdi, özümüzündü. Qurban müəllimin getməyi variantı üzərində heç vaxt fikirləşməmişik.
 
- Qurban Qurbanovun paralel olaraq, yığmada və klubda çalışmasına razı olarsızmı?
- Yenə deyirəm, “Qarabağ”a zərər verməmək şərtilə, razılaşmaq olar. Mənə gələn təklifdən, şərtlərindən asılıdı. Əgər “Qarabağ” milliyə kömək edə biləcəksə, yığma ilə iş birliyi qurmaqla nəsə müsbət addım atılacaqsa, niyə də olmasın? Biz məsələyə praktik yanaşmalıyıq. Milli komandanın adı da önəmlidi. Baxışımız müsbətdi. Amma o şərtlə ki, bu, “Qarabağ”a ziyan olmasın. Üstəlik, millinin heyətində “Qarabağ”ın futbolçuları çoxdu. Əlbəttə ki, bunu dəstəkləyirəm. Başqa cür ola da bilməz.


Xəbəri paylaş

9708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___