Bu məhbuslar "Skype" vasitəsi ilə hər gün övladları ilə danışacaq
Tarix: 29-10-2017 | Saat: 12:46
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər

Hollandiyada həbs edilmiş şəxslər cəzaçəkmə müəssisəsində video-çat proqramı olan “Skype” vasitəsi ilə hər gün övladları ilə danışa biləcək.Övlad sahibi olan məhbusların ailə həyatına bağlılığını davam etdirməsi məqsədi ilə yeni “Atalar yuvası” layihəsinə başlanılıb. Bu məqsədlə Leuvarden və Esenhem həbsxanalarındakı ata olan məhbusların internet vasitəsi ilə hər gün övladları ilə görüntülü danışmasına şərait yaradılıb.
Pilot layihəyə 20 məhbus cəlb edilib. Məqsəd isə ataların etdiyi cinayətlərin uşaqlar üzərində yaratdığı psixoloji təzyiqi azaltmaqdır. Bu yolla insanların cinayətə meylliliyinin daha da azaldılması da proqnozlaşdırılır.
Bildirilir ki, videobağlantı yaradılan otaqda gözətçilər olmayacaq və burada uşaq oyuncaqları da yerləşdiriləcək. Əgər layihə gözlənilən effekti versə, ölkədəki bütün həbsxanalarda tətbiq ediləcək və övladı olan hər məhkum üçün ayrıca kompüter təşkil ediləcək.
Qeyd edək ki, atası məhbus həyatı yaşamış şəxslərin cinayətə bulaşma ehtimalı böyükdür. Bu layihə isə həm uşaqların, həm də onların atalarının həbsxanaya düşmə ehtimalını 6 dəfə azaldacaq.

5308 dəfə oxunub.
Digər xəbərlər

10-06-2019, 11:59
Yerə asteroid düşə bilər - STADİON BOYDADIR
4-04-2017, 15:22
"WhatsApp"dan sürpriz yenilik
7-05-2017, 15:26
"Fuaddan boşanmağıma peşman deyiləm" - Sevinc
22-11-2015, 20:30
Barak Obama: “Tezliklə İŞİD-in axırına çıxacağıq...”
17-10-2017, 12:11
ABŞ Dövlət Departamentində YENİ TƏYİNAT
8-09-2016, 11:12
ABŞ onun başına 3 million dollar mükafat vəd edir
30-05-2017, 22:25
Ramazan ayının gündəlik müstəhəb əməlləri
5-05-2017, 01:03
Mehriban Nurayın sarı rəng sevgisi – FOTOLAR
13-07-2016, 02:10
Səmra festivalda səhnəyə çimərlik geyimində çıxdı - fotolar
17-01-2017, 13:54
Tutulan "Reina" terrorçusu ETİRAF ETDİ