Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağlamağın faydalarını bilirdiniz? - İLGİNC FAKTLAR
Tarix: 28-10-2017 | Saat: 11:13
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Ağlamağın faydalarını bilirdiniz? - İLGİNC FAKTLAR
Gülmək yoxsa ağlamaq? Bu ikilidən yalnız birini seçmək məcburiyyətində qalsaq təbii ki, hər kəs gülməyi seçəcək. Lakin ağlamaq o qədər də zərərli bir şey deyil. Fizioloji olaraq ağlamaq da gülmək qədər insan orqanizmi üçün faydalıdır. Məsələn, insan ağlayaraq stressdən çıxır, əsəbləri sakitləşir, qan təzyiqini normallaşdırır, toksinləri atır. Bəzən ağlamaq insana ağrı kəsici effekt belə verir. Ağlamaq gələcəkdə yalnız insan orqanizmi üçün deyil, telefonların batareyalarını enerji ilə təmin etmək üçün də istifadə olunacaq.
İlk oxunuşda təəccüblü gəlsə də, tədqiqatçılar piezoelektrik sistem vasitəsilə gələcəkdə istehsal ediləcək ağıllı telefonların ağlayaraq enerji toplayacağını iddia edirlər. Sözügedən piezoelektrik, mexaniki enerjini elektrik enerjisinə ya da əksinə, elektrik enerjisini mexaniki enerjiyə çevirən xüsusi alqoritmlərlə hazırlanmış bir sistemdir. İonsal kristallara təzyiq göstərərək qütblər arası məsafəni azaldan sistem yük bazası rolunu oynayır. Meydana gələn ağırlıq fərqi isə cərəyan axını yaradır. Gündəlik həyatda da çaxmaqlarda, mikrofonlarda bu sistemdən istifadə edilir. Piezoelektrik potensialı ən yüksək maddələr kvars, turmalin, barium titanat və sink oksiddir.


İrlandiyanın Limerick Universitetindən olan alimlərin apardıqları araşdırmalar nəticəsində lizozim maddəsinin tərkibində piezoelektrik potensialının olduğunu müəyyən ediblər. Lizozim fermenti isə məməlilərin tüpürcək, süd və göz yaşı vəzilərindən ifraz olunur. Göz yaşındakı lizozim fermentləri preslənərək daxilində olan piezoelektrik potensialı sayəsində telefonlar artıq asanlıqla enerji yığacaq. Kuartz fermentindən fərqli olaraq kimyəvi qarışığı olmayan lizozim insan orqanizminə daha zərərsiz olduğu üçün geniş istifadə oluna biləcək.
Piezoelektrikdən ilk dəfə ayaqqabı altlığında istifadə olunub. Beləki, insanlar addım sayına görə telefonlarını enerji ilə təmin edə bilərlər. Hər 5 min addım enerjiyə çevrilərək telefonunuzu 2 saata yaxın aktiv saxlayacaq. Son günlərdə bu eksperimentlərə göz yaşı ilə enerji ehtiyatı da əlavə edilib.
(publika)


Xəbəri paylaş

7708 dəfə oxunub.

Digər xəbərlər
9-07-2015, 12:08 DİVA ŞOKDADIR - VİDEO

bütün xəbərlər
____ Instagram ___