Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah güclü külək olacaq-Xəbərdarlıq
Tarix: 27-10-2017 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər



Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85,  gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək. 
Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.  
Xəbərdarlıq
Bəzi rayonlarda oktyabrın 28-i gündüzdən ayın sonunadək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi,  oktyabrın 28-i axşamdan 29-u səhərədək bəzi yerlərdə  arabir yağış yağacağı gözlənilir. 


Xəbəri paylaş

9708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___