Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kral bu gün yandırılacaq - Tayland onunla vidalaşır - FOTO
Tarix: 26-10-2017 | Saat: 14:20
Bölmə:Karusel / Dünya / Maraqlı / Foto-fakt | çapa göndər



Taylandda mərhum kral Pumipon Adulyadetin (9-cu Rama) dəfn mərasimi başlanıb.
Ölkəni 70 il idarə etmiş kralın bu gün səhər saatlarında başlanmış təntənəli kremasiya və dəfn mərasimi 5 gün davam edəcək.
Taylandın paytaxtı Banqkokdakı Böyük Kral Sarayındakı Taxt Zalında, mərhum kralın nəşi olan tabutun qoyulduğu buddist mantralarının oxunması ilə başlanan səhər mərasimində kahinlər ayinləri icra ediblər.
Həmin ayinlərdə kahinlərlə yanaşı, sadəcə, Taylandın yeni kralı 10-cu Rama və onun ailə üzvləri iştirak ediblər.
Ayin başa çatanda kahinlərə hədiyyə - bahalı ibadət geyimləri verilib.
Mərhum kralın dəfn mərasiminə dünyanın 40-dan artıq ölkəsini təmsil edən nümayəndə heyətləri qatılıblar.
Tayların həddən artıq sevdikləri və sayğı bəslədikləri Pumipon Adulyadet 2016-cı ilin oktyabrın 13-də 89 yaşında vəfat etmişdi.
Onun vəfatından sonra ölkədə bir illik matəm elan edilmiş, mərhum kralın nəşinin olduğu tabut tayların kütləvi şəkildə vidalaşması üçün Böyük Kral Sarayının Taxt zalına qoyulmuşdu.
Ötən il ərzində kralla vidalaşmaq üçün saraya 12 milyon adam gəlib.
Kralın nəşinin aparılacağı yolun kənarına qara geyinmiş 250 mindən artıq tay yığılıb.
Kralın nəşi indi Sanam Luanq meydanındadır. Çoxmərtəbəli, qızıl suyuna çəkilmiş taxtda olan nəş bu gün axşam saatlarında yandırılacaq.
Sabah kralın külü saraya aparılacaq. Oktyabrın 28-də isə Böyük Kral Sarayında kral ailəsinin üzvlərinin də qatılacağı daha bir mərasim keçiriləcək.
Dəfn mərasiminin sonuncu, 5-ci günündə isə kralın külü iki hissəyə bölücək, iki buddist məbədinə göndəriləcək.





Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___