Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda minlərlə insan İNTERNETSİZ qala bilər
Tarix: 26-10-2017 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm / Texnologiya | çapa göndər

Azərbaycanda minlərlə insan İNTERNETSİZ qala bilər
Ölkənin əsas internet təchizatçısı olan “Delta Telecom” şirkəti internetin keyfiyyətinin pisləşməsi ilə bağlı problemin 2-ci səviyyəli provayderlərdə olduğunu bildirib. Eyni zamanda, əksər provayderlərin onlara borclu oduğunu da yenidən diqqətə çatdıraraq, həmin provayderlərə verilən internetin kəsiləcəyini istisna etməyib.
““Delta”-nın hansısa borclu provayderin (Qlobal Netvorks”,“CNC və “Data Plus”) internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir”.
Bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
Onun sözlərinə görə, bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər:
“Bu, heç bir halda məqbul variat hesab oluna bilməz. Əmin olmaq istərdim ki, “Delta” bunun məsuliyyətini bilməmiş deyil. Əvvəllər də bir neçə dəfə bu tip borclar və digər problemlər olub, lakin belə addımı atmağa ehtiyac qalmayıb. Biz əmin olmaq istərdik ki, bu dəfə də “Delta” bu addımı atmayacaq. Eyni zamanda şirkətin düşdüyü vəziyyət də anlaşıqlıdır və biz dəfələrlə bununla bağlı açıqlamalar vermişik. Fikrimizcə, məhkəmə variantı ən məqbul variantdır və problem hüquqi müstəvidə həllini tapmalıdır”.
Osman Gündüz əlavə etdi ki, problemlə bağlı “Delta”-nın gətirdiyi səbəb əslində nəticədir:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr aparılmalı, problemlərin köklü səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provaydrelər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır.
Ola bilər ki, NRYTN Strateji Yol Xəritəsində göstərilən 3-cü bəkbon provayderin internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözləyir. Bu, doğru yanaşma deyildir, elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir”.


Xəbəri paylaş

7728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___