"Qapıları saxlamayın"-50 manat cərimələnəcəksiz
Tarix: 25-10-2017 | Saat: 16:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var".
Xəbəraz.Az xəbər verir ki, bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir: "Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir".
N.Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər: "Başa düşürük ki, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdır ki, qapı saxlamaq çıxış yolu deyil".
Şöbə rəisi qeyd edib ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub: "Bu məsələyə polis nəzarət edir".
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

19-08-2015, 01:56
Putin Qara dənizin dibinə düşdü- Fotolar+Video
25-10-2015, 01:15
Rəqsanə ehsan verdi - Foto
12-03-2015, 00:25
Rusiyanın “Eurovision” təmsilçisi o seçildi
5-09-2017, 16:21
Azərbaycanlı milyonçu 7 saytı məhkəməyə verdi
20-02-2020, 08:28
Avropa Liqasında 1/16 final mərhələsi başlayır
21-04-2016, 21:41
Kraliça sosial şəbəkə redaktoru axtarır - 100 min manat maaş verəcək
18-02-2020, 23:48
İçki, tütün və qida məhsullarının istehsalı artdı
20-08-2016, 00:21
Təmsilçimiz erməniyə qalib gəlib - Tarix yazdı
11-05-2018, 12:12
“Neymarı satmaq axmaqlıq olar” – PSJ-dən açıqlama
3-07-2018, 16:11
Marketdən alınan çörəyin içindən protez diş çıxdı - FOTO