Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Poroşenkonun mükafatlandırdığı azərbaycanlı DANIŞDI
Tarix: 25-10-2017 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm | çapa göndər


Ukrayna Milli Qvardiyasının Milli Qəhrəman general S. Kulçiçski adına taborunun azərbaycanlı hərbçisi İsrafilov Vidadi Şəhriyar oğlu antiterror əməliyyatlarında xidmətlərinə görə prezident Pyotr Poroşenko tərəfindən mükafatlandırılıb.
 
V. İsrafilov APA-ya bildirib ki, “Antiterror əməliyyatlarında iştirakına görə” medalı ilə təltif olunması barədə prezident 2016-cı ilin dekabrında sərəncam imzalasa da, mükafat ona dünən təqdim olunub.
 
O qeyd edib ki, bu, ölkə rəhbərliyinin onun timsalında Ukraynada terror əleyhinə mübarizə aparanların xidmətinə verilən qiymətdir: “Bunu tək özümə yox, Ukraynada uğrunda döyüşən azərbaycanlıların, ümumiyyətlə bütün döyüşçü yoldaşlarımın xidmətinə verilən qiymət kimi dəyərləndirirəm. Bir azərbaycanlı kimi bu mükafatın mənim üçün böyük əhəmiyyəti var”.
 
1999-cu ildən Ukraynada yaşayan V. İsrafilov əslən Azərbaycanın Şəki rayonundandır.
 
O, indiyə qədər Ali Rada və komandanlıq tərəfindən də bir sıra mükafatlara da layiq görülüb. 


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___