Bakıda dəhşətli SEVGİ CİNAYƏTİ: onu qısqanan sevgilisini belə öldürdü
Tarix: 25-10-2017 | Saat: 12:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda dəhşətli qətl törədilib.Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini, 1968-ci il təvəllüdlü Şaqaliyev Fərhad Cənnət oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Xanış qızını boğaraq öldürüb. 49 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyərək onun nəfəsini kəsərək öldürüb.
Bildirilir ki, hadisə vaxtı F.Şaqaliyev sərxoş vəziyyətdə olub. Belə ki, o, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanırmış. Dünən növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.
Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. O artıq tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Xəbəri paylaş
8188 dəfə oxunub.
Digər xəbərlər

25-09-2015, 13:23
Putin Suriyada ikinci Krım yaradır (FOTO)
28-08-2021, 10:54
36 yaşlı qadın ürəyindən bıçaqlandı - Lənkəranda
15-06-2015, 13:21
Rəsul Çunayev: "Sevdiyim qız yoxdur" (FOTO)
18-04-2022, 21:01
Azərbaycanda benzin istehsalı ARTIB
12-12-2015, 20:57
Yağlı yeməklər beyin hüceyrələrini öldürür?
16-03-2018, 16:37
"Kanal24" İnternet televiziyasının bu gün 6 yaşı olur
31-07-2020, 11:29
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
11-01-2020, 07:57
Münaqişələr gözlənilir - Günün qoroskopu
8-09-2017, 12:47
Vətənimizdə ana dilində danışıb, amma azərbaycanlı olmayanlar