Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səbail prokurorluğunda nə baş verib?
Tarix: 01-07-2015 | Saat: 16:24
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Səbail prokurorluğunda nə baş verib?
Binanın liftindən çıxan kişi ölüb.
Bu gün Səbail rayon prokurorluğunun yerləşdiyi binada ölüm faktı qeydə alınıb. ANS PRESS-in məlumatına görə, Səbail rayon prokurorluğu və daha 10-a yaxın şirkətin yerləşdiyi binanın pilləkən qəfəsində bir nəfər yıxılaraq dünyasını dəyişib. Bəzi kütləvi informasiya vasitələrində ölən şəxsin prokurorluğun əməkdaşı olması ilə bağlı məlumatlar dərc olunub.

Baş Prokurorluq Səbail rayon Prokurorluğunda baş verən ölüm hadisəsinə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Bəzi KİV-də Səbail rayon prokurorluğunun inzibati binasında guya prokurorluğun əməkdaşının yıxılaraq, vəfat etməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Vəfat edən şəxs prokurorluq əməkdaşı deyil”.

Eldar Sultanovun sözlərinə görə, hadisə baş verən kimi dərhal olay yerinə məhkəmə-tibbi ekspertləri dəvət edilib. İlkin müayinə zamanı həmin şəxsin ürək tutmasından vəfat etdiyi müəyyənləşib. Bu barədə mərhumun yaxınları məlumatlandırılıb və meyit onlara təhvil verilib: “Qohumlarının dediyinə görə, mərhum uzun müddətdir, ürək-damar çatışmazlığından əziyyət çəkirmiş”.


Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___