Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Mahir Mədətov: "2 epizoddan birində penalti var idi"
Tarix: 19-10-2017, 13:46 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

Mahir Mədətov: "2 epizoddan birində penalti var idi"
"Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolçu əvvəlcə matç haqda fikirlərini bildirib.
- Doğma meydanda oynayanda komandaya inam böyük olur. Bu oyunda da hər şey mümkün idi. Qələbə də qazana bilərdik. Yaxşı mübarizə apardıq. 10 nəfərlə qalandan sonra bir qədər ehtiyatlı davrandıq. Ümumilikdə, komanda yaxşı oyun sərgilədi.
- "Roma" ilə oyundan sonra nə dəyişdi ki, komandada bu qədər özünəinam yarandı? Bu dəfə meydanda daha yaxşı "Qarabağ" var idi...
- "Roma" ilə matça ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün (dünən - red.) meydana daha diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq.
- Necə düşünürsən, qol vurmaq üçün yenə təcrübəsizlik çatmadı?
- Nə deyim? İmkanlarımız oldu, amma fərqlənə bilmədik. Penalti epizodlarını demək olar. 2 epizoddan birində penalti var idi.
- Cavab görüşü barədə nə düşünürsən?
- Hazırda Topaz Premyer Liqada "Qəbələ" ilə görüşü düşünürəm (gülür).
- Oyundan sonra "Atletiko"nun prezidenti ilə görüşdünüz. Nə barədə danışdınız?
- "Bakı"da oynadığım müddətdə "Atletiko"ya qarşı oynamışdım. Məni həmin vaxtdan tanıyır. Düzdür, görüşdük, amma hamısı ispanca danışdığından, heç nə başa düşmürdüm (yenə gülür).
- Bu gün azarkeşlər yenə sizi tək qoymadı. Stadiondakı atmosfer barədə nə deyə bilərsən?
- Hamısı möhtəşəm idi. Sanki meydanda 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdür. Hamıya təşəkkür edirəm.
- Qrupda 3-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmaq şansınız qalır. Bu, nə dərəcədə inandırıcı görünür?
- Qarşıda daha 3 oyunumuz var. Maksimum şəkildə çalışmalıyıq. Əlimizdən gələni edib, bu oyunlarda xal toplamalıyıq.


7498 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___