Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Klublarımız Avropa çempionatında “bürünc” və “gümüş” qazandılar
Tarix: 15-10-2017 | Saat: 10:28
Bölmə:Karusel / İdman | çapa göndər


Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın yekunu Azərbaycan komandaları üçün uğurlu alınıb.
 
Kişilərdən ibarət “Odlar Yurdu”u sonuncu görüşündə Çexiya təmsilçisi “Novi Bor”la qarşılaşıb. Görüş rəqibin 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bu məğlubiyyətlə komandamız 11 xalda qalıb və əlavə əmsallarda Makedoniya təmsilçisi “Alkoloid”dən geri qalaraq çempionatı bürünc medalla başa vurub. Birinci yeri isə Şəhriyar Məmmədyarovun çıxış etdiyi Rusiya “Qlobus”u tutub.

Qadınlardan ibarət “Odlar Yurdu” isə türk klubu ilə qarşılaşıb. Şahmatçılarımız “Mərmərə” ilə münasibətinə aydınlıq gətiriblər və görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 2,5:1,5. Xanımlarımız da 11 xal toplayıb və yalnız əlavə əmsallarda Gürcüstan “None”sinə uduzaraq gümüş medallara sahib çıxıblar.
 
VII tur
 
NOVİ BOR (ÇEXİYA) – ODLAR YURDU - 3,5:2,5
Radoslav Voytaşek (2737) – Arkadi Naydiç (2702) – 0,5:0,5
Pentala Harikrişna (2733) – Rauf Məmmədov (2678) – 0,5:0,5
David Navara (2751) – Qədir Hüseynov (2647) – 0,5:0,5
Markus Raqqer (2631) – Eltac Səfərli (2632) – 0,5:0,5
Krişnan Saşkirian (2677) – Nicat Abbasov (2587) – 1:0
Viktor Lazniçka (2654) – Azər Mirzoyev (2555) – 0,5:0,5
 
Yekun sıralama: 1. “Qlobus” (Rusiya) - 12 xal, 2. “Alkaloid” (Makedoniya) - 11, 3. “Odlar Yurdu” (Azərbaycan) - 11 xal.
 
 
ODLAR YURDU – MƏRMƏRƏ – 2.5:1.5
Zeynəb Məmmədyarova (2298) – Duru Okuyaz (1768) – 0,5:0,5
Ülviyyə Fətəliyeva (2348) – Sıla Çağlar (2153) – 0,5:0,5
Gülnar Məmmədova (2385) – Sude Hereklioğlu (2165) – 0,5:0,5
Xanım Balacayeva (2319) – Ece Özbay (1998) – 1:0
 
 
Yekun sıralama: 1. “Nona” (Gürcüstan) - 11 xal, 2. “Odlar Yurdu” (Azərbaycan) - 11


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___