Azərbaycanda banklar gücləndirilmiş rejimdə işləyəcək
Tarix: 14-10-2017 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Ticarət Festivalı (“Shopping festival”) ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
MBNP-dən verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər.
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində - www.fimsa.az saytında yerləşdirilib.
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

31-07-2017, 11:16
Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
16-01-2016, 09:38
Sonradan müsəlman olman məhşurlar FOTO və VİDEO
27-09-2016, 00:44
Rəy Monitorinq Mərkəzinin keçirdiyi “Exit-Poll”un nəticələri
30-10-2017, 09:26
Bakı-Sumqayıt yolunda tıxac yaranıb
30-04-2016, 11:48
Sevinc yeni mahnı oxudu - audio
27-07-2015, 16:03
Bakıda 5 yaşlı uşağı vurub qaçan sürücü axtarışa verilib
1-03-2022, 09:04
Bu gün Od çərşənbəsidir
18-10-2016, 16:44
Ərdoğan meydan oxudu: “Gələcəyi varsa, görəcəyi də var”
18-02-2019, 14:23
Fədayə Laçın şikayəti üzrə məhkəmə başlanır
27-12-2017, 17:17
"Ta ki sevgilimi tapana qədər.."-Afaq Aslan